Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəray Məmmədov

Gəray Məmmədov - Qarabağ müharibəsi şəhidi, "İgidliyə görə" medalı ilə təltif edilib (2010).

Məmmədov Gəray Azad oğlu 7 mart 1969-cu ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Güləbird kənd orta məktəbini bitirən Gəray 1987-1989-cu illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndi Güləbirdə qayıdır. Ordu sıralarından yüksək hazırlıqlı hərbiçi kimi qayıdan Gəray, elə həmin il Laçın Rayon Daxili İşlər Şöbəsində polis sıralarına daxil olur. Həmin vaxtdan həyatının son anına kimi torpaqlarımızın müdafiəsi uğurunda ağır döyüşlərdə ürəklə,cəsarətlə iştirak etmişdir. Bu illərdə düşmənin onlarla canlı qüvvəsini və hərbi texnikasını məhv etdi. Güləbird, Cicimli, Qazıdərəsi, Səfiyan, Fərəcan uğurunda gedən döyüşlərdə Gəray qəhrəmancasına yaxından iştirak etmişdir. 27 avqust 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi yaxınlığında gedən döyüşlərin birində Gəray düşmən gülləsinə tuş gəlir və Şəhidlik zirvəsinə yüksəlir. Subay idi. Məzarı Sumqayıt şəhər Şəhidlər Xiyabanındadı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 iyul 2010-cu il sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Məmmədov Gəray Azad oğlu "İgidliyə görə" medalı ilə təltif edilibdir. 1997-ci ildən Güləbird kənd kitabxanası Gəray Azad oğlu Məmmədovun adını daşıyır.


Tarix: 26.01.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Azərbaycanın müharibələri‎
loading...