beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsənqulu Qasımov

Həyatı
Həsənqulu Qaçay oğlu Qasımov 1969-cu il İyunun 9-da Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdu. 1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə Qubadlı Qəsəbə orta məktəbini bitirmişdir. 1987-ci ildə ordu sıralarına çağrılaraq 1989-cu ilə qədər Almaniya Demokratik Respublikasında xidmət etmişdir.

Döyüşlərdə iştirakı
Tərxis olunduqdan sonra vətənin müdafiəsinə qalxmış və döyüş yolu Şuşadan başlamış, Laçında davam etmiş, Qubadlıda isə sona çatmışdı. Onun başçılıq etdiyi taqım əsasən Ermənistan ilə sərhəd olan Yuxarı Cibikli kəndini müdafiə etmişdir. Döyüşlərdə cəsurluğuna və qorxmazlığına, bir də öz komandirini ölümdən qurtararkən sinəsini düşmən gülləsinin qarşısına verə Qorxmaz Əlövsət oğlu Baxşəliyevin xatirəsinə görə el arasında Həsənqulu Qorxmaz çağrılırdı. Onun son döyüşü 1992-ci ilin dekabrın 10-da Yuxarı Cibiklidə oldu. Qorxmazçıların qoruduqları əraziləri almaq üçün böyük qüvvə ilə hücuma keçən düşmən geri oturduldu, lakin həmin döyüşdə Həsən Qorxmaz qəhrəmanlıqla həlak oldu.

Mükafatları
1994-cü il oktyabr ayının 4-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu.

Ailəsi
Subay idi.


Tarix: 26.01.2015 / 18:54 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Azərbaycanın müharibələri‎