beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Famil İsgəndərov

Həyatı
15 may 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. 1991-ci ildə 157 saylı məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır.

Döyüşlərdə iştirakı
Famil Ağdərə və Tərtər döyüşlərində iştirak etmiş, Murovdağın geri qaytarılması zamanı ayağından yaralanır. Müalicədən sonra isə "N" saylı hərbi hissədə xidmətini davam etdirir. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsi zamanı döyüşçü dostlarını xilas edərkən Famil qəhrəmancasına həlak oldu.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə İsgəndərov Famil İsgəndər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Oxuduğu 157 saylı məktəb qəhrəmanımızın adını daşıyır, məktəbdə büstü qoyulub.

Dağıstan Muxtar Respublikasının Qasımkənd rayonu Uluqadağ kəndindəki məktəb də Famil İsgəndərovun adını daşıyır.


Tarix: 26.01.2015 / 18:41 Müəllif: Feriska Baxılıb: 54 Bölmə: Azərbaycanın müharibələri‎