Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kamilə Ağdamskaya

Həyatı
Kamilə Ağdamskaya 1929-cu il noyabr ayının 7-də Ağdam rayonunda anadan olub.

1934-cü ildə ailəsi ilə birlikdə Ağdaş rayonuna köçüb. Orta təhsilini Ağdaş şəhərində S.M.Kirov adına məktəbdə alıb.

1947-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşunaslıq fakultəsinə daxil olub.

1954-cü ildə həmin universiteti bitirib və Şərq biloloqu ixtisasına yiyələnib. Təyinatla Ağdaş rayonuna göndərilib, 1956-cı ilə qədər Ağdaş rayon Pedaqoji texnikomda və 3 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnlərini tədris edib.

1957-ci ildə (Yunis Vəlibəyovla) ailə həyatı qurub və ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərinə köçüb.

Əmək fəaliyyətində bir-neçə illik fasilədən sonra 1964-cü ildən 1 saylı indiki İsmət Qayıbov adına orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnlərini tədris edib. İşlədiyi müddətdə bir sira medallar və fəxri adlara layiq bilinib, 1978 və 1987-ci illərdə Müəllimlərin Qurultayına nümayəndə seçilib.

1985-ci ildə Baş Müəllim adı alıb.

Kamilə Ağdamskaya 9 noyabr 2009-cu ildə Bakıda vəfat edib.

Mükafatları
Əmək Veteranı medalı (1984)
Azərbaycan Xalq Maarif əlaçısı döş nişanı (1985)


Tarix: 23.01.2015 / 17:31 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Azərbaycanın müharibələri‎
loading...