Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fətulla Hüseynov

Fətulla Hüseynov — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi polis polkunun komandiri, polkovnik.

Fətulla Əli oğlu Hüseynov 1937-ci ildə Tovuz rayonunda anadan olub. Azərbaycan Texniki Universitetinin avtomobil-tikinti fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Sonra O, SSR-nin Daxili İşlər nazirliyinin Yüksək Akademik kurslarını bitirir. 60-90-cı illərdə Respublika yol polisinin rəis müavini və Bakı şəhər yol polisi idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əlavə O, Azərbaycanın baş yanğınsöndürmə idarəsinin rəis müavini, DİN–in polis polkunun komandiri və s. vəzifələrdə çalışıb. Polis polkovniki olub. Qarabağ döyüşlərində iştirak edib. Orden və medallarla təltif edilib.

Azərbaycanda Hüseynov "qara polkovnik" ləqəbi ilə tanınırdı. O, Qarabağ Müharibəsinin hərb yolu ilə həllinin tərəfdarlarından olub.

1995-ci ildə Rövşən Cavadovun xüsusi təyinatlı dəstəsinin qiyamının yatırılması ilə bağlı DİN-dən istefa verib. 1996-cı ildən AFFA-nın vise prezidenti vəzifəsinə təyin edilmişdir. UEFA –nın Azərbaycanda futbol oyunlarının keçirilməsi üzrə nümayəndəsi olub.

1992-ci ildə Azərbaycan Futbol Assosiasiyasının nizam-intizam komitəsinin sədri olub. 2001-ci ilədək AFFA–nın viste-prezidenti vəzifəsində işləyib.

Fətulla Hüseynov 2004-cü il, 14 iyunda evinin qarşısında öldürülüb.


Tarix: 26.01.2015 / 18:44 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Azərbaycanın müharibələri‎
loading...