beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəhruz Mənsurov

Həyatı
Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. 1993-cü ildə Bakı Ali Hərbi Komandirlər Məktəbinin sərhəd fakültəsinə daxil olmuşdur. 1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı o, dövltəçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edir və bu qarşıdurma zamanı qəhrəmancasına həlak olur.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Yardımlı rayonunun Telavar kəndində dəfn edilib.

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası Bəhruz Mənsurovun adını daşıyır.

Oxuduğu orta məktəb onun adını daşıyır.

Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq-abidə kompleksi onun adını daşıyır


Tarix: 26.01.2015 / 18:17 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Azərbaycanın müharibələri‎