beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dovşanlı

Tarixi
Dovşanlı Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Xaçın çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. XIX əsrdə bu kənddə yerləşmış ermənilər onun adını dəyişib Aracadzor (ayı dərəsi) kimirəsmiləşdirmışdilər. 1917-ci ildə Dovşanlı altı qışlağı olan böyük kənd kimi qeydə alınmışdır. Güman etmək olar ki, bu coğrafi ad dovşanlı nəslinin adı ilə bağlı olub, etnotoponimdir. 1992-ci ildə kəndin keçmış adı yenidən bərpa edildi. Dovşan komponentli coğrafi adlar umumtürk toponimiyasında, o cümlədən Qafqazda geniş yayılmışdır: DovŞan dağı (Qəbələ), DovŞan düzü (Şəki rayonunun Orta Zəyzit kəndi), Dovşan dərəsi (Qəbələ, Zəngilan, Laçın və Masallı), DovŞan yaylağı (Ağsu), Dovşan təpəsi (Abşeron, İmişli, Gədəbəy), Dovşanlu (Türkiyə), Dovşanlı (Ermənistan) və başqaları[2].

Dovşanlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Dovşanlı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Dovşanlı kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.


Tarix: 26.01.2015 / 13:51 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Azərbaycanın müharibələri‎