beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəxtiyar Kavanlı - Təhsili

Təhsili
1951-ci ildə İpək kənd ibtidai məktəbinin 1-ci sinfinə daxil olmuş və 1955-ci ildə həmin məktəbin 4-cü sinfini bitirmişdir.

1955-1957-ci illərdə Bülüldüz kənd natamam orta məktəbinin V-VII siniflərində oxumuşdur. VIII sinfi Ərdəşəvi kənd məktəbində oxuyan Bəxtiyar Bəxtiyarov IX-XI sinifləri isə Vağazin kəndində oxuyur və 1964-cü ildə həmin məktəbi müvəffəq qiymətlərlə bitirir.

1964-cü ilin payızında Sumqayıt şəhər Kimya Texnologiya texnikimuna daxil olur. Hərbi xidməti başa vuran Bəxtiyarın ali təhsil almaq marağı ona Sumqayıt şəhər Kimya Texnologiya texnikimunda təhsilini davam etdirmək fikrindən daşındırır.

Nəhayət 1970–ci ildə Bakı şəhərində V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) müvəfəqiyyətlə imtahan verərək Coğrafiya fakultəsinə daxil olur. 1975–ci ildə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda təhsilini müvəffəqiyyətlə başa vurur


Tarix: 26.01.2015 / 18:18 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Azərbaycanın müharibələri‎