beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biz qayıdacağıq (film, 2007) - Məzmun

Məzmun
Film bu günümüz üçün aktual olan bir mövzuya həsr edilib. Filmdə Qarabağ müharibəsi bir uşağın dili ilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Onu öz torpağına qayıtmaq arzusundan heç bir güc döndərə bilməz.
Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasında dayanıb. Erkən yaşlarında doğmalarını itirən Zakir Qasımovun (Pərvaz İbrahimli) payına isə bu müharibədən həyatın boz üzü və xatirələrin acısı düşüb.
Filmin qəhrəmanının atası Xocalı soyqırımı zamanı həlak olmuşdur. Gözəl səsi olan bu gənc Musiqi Akademiyasına getməyə hazırlaşsa da, fikrini dəyişir və Hərbi Akademiyaya oxumağa gedir.
Film haqqında
Filmin çəkilişlərinə 2006-cı ilin sentyabrından başlanılmışdır.
Filmin çəkilişlərinə 320 min manat xərclənmişdir.
Filmin titrləri: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbçiləri Rusiyanın 366-cı moto-atıcı alayının dəstəyi ilə Xocalıya-dinc əhaliyə hücum çəkib 613 azərbaycanlını(o cümlədən, 106 qadını, 63 uşağı, 70 qocanı) qətlə yetirdilər. Xocalı qırğınında 487 nəfər soydaşımız ömürlük şikəst oldu, 1275 nəfər əsir alındı, 150 nəfər itkin düşdü, 8 ailə tamamilə məhv edildi, 95 uşaq ata-anasız qaldı. Erməni işğalçıları dünyanın gözü qarşısında tarixdə ən ağır cinayətlərdən birini-Xocalı soyqırımını törətdilər...
Film Xocalıda şəhid olanların əziz xatirəsinə həsr olunur.
Baş roldakı Pərvaz İbrahimli Bərdə rayon Z.Əliyeva adına musiqi məktəbinin şagirdi, prezident təqaüdçüsüdür.
Səhvlər
Ömür Nağıyevin ifa etdiyi qaçqın mağaza sahibi obrazı Zakirlə birgə mağazanın bayırına çıxanda kamera onları arxadan çəkir və mağaza sahibi sağ əlini cibinə salır. Bir kadr sonra kamera onları mağazanın bayırında çəkəndə o hələ təzəcə əlini cibinə salır. Halbuki bir kadr əvvəl onun əli artıq cibində idi.
Titrlərdə Mənsum İbrahimov Məsum İbrahimov kimi göstərilmişdir.


Tarix: 26.01.2015 / 17:36 Müəllif: Feriska Baxılıb: 159 Bölmə: Azərbaycanın müharibələri‎