beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Akif Əzizov - Əsas elmi nailiyyətləri

Metal "üzvü" katalizdə liqandların və zəif metal-liqand rabitələrinin, Aralıq metal-üzvi birləşmələrdə baş verən metallotropik izomerləşmənin, Liqandların sterik effektlərinin oliqomerləşmə və polimerləşmə məhsullarınnın quruluşunun və molekul kütləsinin tənzimlənməsində rolunun aşkarlanması. Oliqomerləşmə və polimerləşmə reaksiyalarında metallinium-ion meхanizmləri elmi istiqamətinin açılışı. Polimerləşmə prosesləri üçün bifunksional katalizator-stabilizatorlar elmi istiqaməti. Aromatik karbohidrogenlərin oliqoalkilləşməsi reaksiyası və onların əsasında sintetik yağlar. Stereoreqular polibutadienin, polietilenin aşağı molekullu olefinlərin dimerlərinin, sodimerlərinin, (so)oliqomerlərinin və polimerlərinin, makromonomerlərin, reaksiya qabiliyyətli oliqomerlərin, bakterisidlərin, antioksidantların və s. əhəmiyyətli maddələrin alınması və karbohidrogenlərin oksidləşməsi üçün yüksək səmərəliyə malik katalizatorlar və teхnoloji üsullar. Son zamanlar bir sıra ekoloji problemlərin həllinə yönəldilmiş ion mayelərinin sintezi, onların müxtəlif neftkimya proseslərində effektiv katalizator, modifikator və ekstragentlər kimi sınaqları respublikada kifayət qədər xammalı olan monomerlərin "canlı" radikal polimerləşməsi proseslərinin tədqiqi. Aromatik karbohidrogenlərin hidroalkilləşməsi reaksiyalarının tədqiqi. Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: 13


Tarix: 24.01.2015 / 17:00 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Azərbaycanın müharibələri‎