beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli Kərimov (şəhid)

Həyatı
Əli Kərimov 1971-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub.1988-cu ildə həmin kəndin orta məktəbini bitirib. 1989-1991-ci illərdə Sovet ordusunda hərbi xidmət keçib. 1991-ci ildə hərbi xidməti başa vuraraq doğma kəndinə qayıdıb və elə həmin ildə könüllü olaraq kəndin özünümüdafiə batalyonuna yazılıb. 1991-1992-ci illərdə Papravənd, Qalayçılar, Sırxavənd, Canyataq kəndlərində döyüş yolu keçib.

1992-ci il 29 iyunda düşmən ordusu Papravənd kəndinin Qılınc dağındakı postunu ələ keçirtdi. Kərimov Əli öz Silahdaşları ilə erməni quldurlarına qarşı Papravənd kəndinin müdafiəsi üçün doyüşmüş və son gülləsini istifadə edən Əli son ümid yeri olan iki ədəd əl qumbarasından istifadə etmək qərarına gəlir. Əli şəhid olmuş silahdaşlarının erməni quldurlar tərəfindən cəsədlərini aparıldığını görür və əlindəki qumbaraların sancağını çəkərəg 5 erməni quldurunun üzərinə atılır, bu zaman partalayış baş verir 5 erməni qulduru yerə sərilir və qumbaranın qəlpəsinin biridə Əlinin ürək nahiyəsin sancılır və Əli qəhrəmancasına şəhid olur. Göstərdiyi şücaətə görə ölümündən sonra 24 iyun 2008-ci il tarixli 639-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının "Vətən uğrunda" medalı ilə təltif edilib.


Tarix: 23.01.2015 / 19:06 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Azərbaycanın müharibələri‎