beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tamerlan Qarayev - İctimai-siyasi fəaliyyəti

1990-cı il 22 yanvar tarixində AXC Məclisinin üzvü və ADU hüquq fakültəsinin dosenti T.Y.Qarayev ictimaiyyət nümayəndəsi kimi 20 Yanvar hadisələrini təhqiq edən Azərbaycan SSR Ali Sovetinin deputat-istintaq komissiyasına üzv seçilmiş və məlum komissiyanın sədr müavini təyin edilmişdir. 1990-cı il 30 aprel – 1 may tarixində Göyçayda baş tutan AXC Məclisinin iclasında AXC Məclisinin ilk daimi sədri seçildi. 1990-1991-ci illərdə AXC Məclisinin sədri olmuşdu. 1990-cı il xalq deputatı seçkilərində Azərbaycan Ali Sovetinə xalq deputatı seçildi. 1991-1992-ci illərdə Ali Sovet sədrinin müavini, 1992-1993-cü illərdə isə Ali Sovet sədrinin I müavini olmuşdur. T.Y.Qarayev 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir. 1992-ci ildə T.Qarayev AXC-dən çıxmış, öz siyasi partiyasını - “Doğru yol” Partiyası (DYP) yaratmış, 1992-ci ilin prezident seçkilərində AXC sədri Əbülfəz Elçibəyə qarşı öz namizədliyini irəli sürmüşdü[8]. T.Qarayev 1992-ci ildə prezidentliyə 7 namizəddən biri oldu, amma 1992-ci il iyunun 5-də öz namizədliyini geri götürdü.

1993-2001-ci illərdə Çində, 2004-2011-ci illərdə isə Hindistanda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri işləmişdir. 2011-ci ildən İndoneziyada səfirdir.


Tarix: 23.01.2015 / 18:19 Müəllif: Feriska Baxılıb: 16 Bölmə: Azərbaycanın müharibələri‎