Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahrux Xan

Şahrux Xan (ing. Shahrukh Khan, hind. शाहरुख़ ख़ान - 2 noyabr 1965-ci il) ən çox hallarda Shah Rukh Khan, qeyri-rəsmi olaraq SRK kimi tanınan məşhur Hind film aktyorudur. Mediada tez-tez Bollivudun Padşahı, Kral Xan, Romantikanın Kralı və Bollivudun kralı kimi tanınan Xan romantik dram janrından tutmuş hərəkət trilleri janrına kimi olan 75-ə yaxın filmdə rol almışdır.[4][5][6][7] O töhfələri ilə kino istehsalında çoxlu nailliyyətlər o cümlədən 30 nominasiya içərisində olan 14 Filmfare Mükafatı əldə etmişdir. Xan Ən Yaxşı Aktyor Kateqoriyası üzrə 8 dəfə Filmfare mükafatına layiq görülüb ki, bütün zamanların bu kateqoriyası üzrə ən çox qazanan Bollivud aktyorudur, yalnız Dilip Kumar ilə ortaq nəticəsi vardır. 2005-ci ildə isə Hindistan Höküməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatı hesab olunan Padma Şri mükafatına layiq görülüb. Xan indi Hind kino tarixinin ən böyük və nüfuzlu aktyorlarından biridir.[8]

İqtisadiyyat fakultəsini bitirib bakalavr dərəcəsi alan aktyor öz karyerasına teatrda başlayıb. 1980-cı illərin sonunda bir neçə televiziya serialında iştirak edən aktyor 1992-ci ildə Dəlisov məhəbbət (Deewana) filmi ilə Hind dilli film sahəsində debüt etmişdir. Karyerasının erkən vaxtlarında Qorxu (Darr-1993), Qumarbaz (Baazigar-1993), Nəticə (Anjaam-1994) kimi filmlərdə ənənəvi olmayan mənfi rolları ilə tanındı. O Cəsur ürək gəlini alar (Dulhaniya Le Jayenge-1995),[9] Dəli ürək (Dil To pagal Hai-1997) və Nə isə baş verir (Kuch Kuch Hota Hai-1998)[10] kimi filmlərdə oynadığı romantik rolları ilə məşhurluq qazandı. Bu filmlərin kommersiya uğuru onu "Romantikanın Kralı" kimi tanıtdırdı.[9] Xan sonralar 2004-cü ildə Vətən (Swades) filmindəki roluna görə NASA aliminin tənqidi qiymətini qazanıb. 2007-ci ildə İrəli, Hindistan (Chakde İndia) filmində xokkey məşqçisi və 2010-cu ildə Mənim adım Xandır (My Name is Khan) filmində isə nominal xarakter kimi rol aldı.[11][12] Onun rol aldığı 12 film bütün dünyada 18.2 milyon $-dan çox gəlir əldə etmişdir.[13][14] Bu uğur da onu Hind kinosunun ən müvəffəqiyyətli və aparıcı aktyorlarından birinə çevirdi.[15]

Xan Dreamz Unlimited şirkətinin həmtəsisçisidir. Bundan başqa aktyor Red Chillies Entertainment kinofilm istehsalı və paylaşdırma şirkətinin və animasiya studiyası olan Red Chillies VFX şirkətinin həmsədri və baş icraçı direktorudur. O həmçinin Hindistan Premyer Liqasında iştirak edən Kolkata Knight Riders kriket komandasının şərikli sahibidir.[16] Aktyor 2007-ci ildə Star Plus kanalında yayımlanan Kaun Banega Crorepati (Milyonçu şousunun Hindcə versiyası) oyun şousunun teleaparıcısı kimi debüt etdi.[17] Xan müxtəlif marka bəyənilməsinə və sahibkarlıq işlərinə görə tez-tez mediada “SRK Marka”sı kimi göstərilir. O həmçinin müntəzəm səhnə ifaçısı və mükafat mərasimi sahibidir və Səhiyyə, yardım fondları və uşaqların təhsili ilə əlaqəli olan bir çox xeyriyyə cəmiyyətlərinə cəlb olunmuşdur. Elə buna görə də 2011-ci ildə Uneskonun Pyramide con Marni mükafatına layiq görülüb.[18][19]

Xan kinematoqrafiya tarixində ən böyük ulduzlarından biri hesab edilir və fanatlarının sayı bir milyardı keçib. 2011-ci ildə tanınmış Los Angeles Times qəzeti onu “dünyanın ən böyük kino ulduzu” adlandırdı.[20] O həmçinin müntəzəm olaraq Hindistan Kinosunun ən güclü adları siyahısında göstərilib və 2008-ci ildə Newsweek onu dünyanın 50 ən güclü insanı arasında qeyd etdi.[5] Xan ehtimala görə 540 milyon $-lıq kapitala malikdir.[21][22][23] Şahrux Hind film prodüseri və interner dizayneri olan Qauri Xanın həyat yoldaşıdır. Onlar 1991-ci ildən etibarən evlidirlər və onların iki uşağı vardır.Mündəricat
1 Həyatı
2 Kino karyerası
3 Filmoqrafiya
4 Media
5 İstinadlar


Həyatı

Şahrux Xan 1965-ci il 2 noyabrda Yeni Dehlidə anadan olmuşdur. Əslən puştundur və dini etiqadına görə müsəlmandır. Ailədə 2 uşaqdırlar - yaşca ondan böyük olan Şahnaz adlı bacısı var. Atası Tac Məhəmməd Xan hüquqşünas olmuşdur. Hindistanın bölünməsinə qədər Peşəvərdən Yeni Dehliyə köçmüşdür. Anası Fatimə Xan xalq hakimi idi.

Şahrux Xan məktəbi Dehlidə oxumuş, 1988-ci ildə Dehli Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Daha sonra kütləvi rabitə ixtisası üzrə magistr dərəcəsini almışdır. Lakin buna baxmayaraq o, aktyor sənətini daha üstün tutmuşdur.

1991-ci ildə valideynlərinin ölümündən sonra o, Mumbay şəhərinə köçmüşdür. 1991-ci il 25 oktyabr tarixində Qauri Çibber ilə ailə həyatı qurmuş və bu nikahdan 1997-ci ildə oğlu Aryan və 2000-ci ildə qızı Suhana anadan olmuşdur.

Kino karyerası

Şahrux Xan ilk aktyorluq debütünü 1988-ci ildə etmiş və bir neçə televiziya serialında çəkilmişdir. Kino fəaliyyətinə isə Bollivud adlandırılan Mumbay şəhərinə gəldikdən sonra başlamışdır. İlk rolunu 1992-ci ildə "Dəlisov məhəbbət" filmində ifa edir. Bu filmdəki roluna görə Şahrux Xan Hindistanın ən məşhur kino jurnalı olan "Filmfare" tərəfindən "Ən Yaxşı Debütə görə" mükafatını almışdır.

1993-cü ildə eyni vaxtda iki filmdə - "Qorxu" və "Qumarbaz" filmlərində mənfi obrazlar yaratmışdır. İkinci filmdə ifa etdiyi Viki Malhotra rolundan sonra Ən Yaxşı Baş Rola görə yenidən "Filmfare" kino jurnalının mükafafatına layiq görülür. Növbəti mükafatını 1995-ci ildə Kacol Devqanla çəkildiyi "Cəsur ürək gəlini alar" filmində ifa etdiyi Rac roluna görə alır. Bu film kinoteatrlarda 12 milyard rupi qazanmışdır və bununla Hindistan kino tarixində ən böyük kassa gəliri olan film hesab olunur.

Uğurlu rolları Şahrux Xanı məşhur kino aktyoruna çevirdi. Bəzən o, bir ildə 5-6 filmə dəvət alırdı. Nəticədə o, "Bollivudun Kralı" adını alır. Şahrux Xan hal-hazırda Bollivudun ən çox mükafat alan aktyorudur.

Şahrux Xan Bollivudun meşhur qadın aktrisalarından olan Kacolla müxtəlif filmlərə çəkilmişdir. Həmin filmlər o qədər sevilmişdir ki, Şahrux Xan və Kacol Hindistanın ən çox sevilən cütlüyünə çevrilmişdir.Hətta onlar buna görə "Ən yaxşı cütlük" mükafatını almışlar.

2007-ci ildə əvvəllər Amitabh Baççanın apardığı "Milyonçu" teleoyununun aparıcısı olmuşdur. 2008-ci ilin aprelində isə "Kim 5-ci sinif şagirdindən ağıllıdır?" teleoyununun hind versiyasının aparıcılığını etmişdir. 2011-ci ildə o Hindistandakı 'Wipeout' verilişinin də aparıcılığını etmişdir. İndiyə qədər 70-ə yaxın filmdə çəkilmişdir.

Filmoqrafiya

Əsas məqalə: Şahrux Xanın filmoqrafiyası


Tarix: 07.02.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 996 Bölmə: Aktyorlar
loading...