beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lui de Fünes

Lui Jermen David de Fünes de Qalarza (31 iyul, 1914-27 yanvar, 1983) — Fransa kinosunun ən məşhur, komik aktyorlarından biri. Tamaşaçılarının yadında həddindən artıq çevik hərəkətləri, komik üz cizgiləri və hövsələsiz, bir yerdə qərar tuta bilməyən davranışı ilə qalıb.

Yaratdığı obrazlar dünyanın hər yerində - vətəni Fransadan əlavə, keçmiş Çexoslovakiya, İspaniya, Almaniya, Belçika, keçmiş Yuqoslaviya, Niderland, İtaliya, Yunanıstan, Polşa, Rumınya, Bolqarıstan, Livan, İsrail, Türkiyə və keçmiş Sovetlər Birliyində həddindən artıq sevilirdi. Amma ingilis dilli ölkələr istisna təşkil edirdi. O ABŞ-da yalnız 1974-cü ildə ekranlara çıxan "Ravvi Yakubun ağlasığmaz sərgüzəştləri" adlı kinosu ilə qəbul olunur. Bir aktyor kimi ciddi rolların da öhdəsindən məharətlə gəlməsinə baxmayaraq dünya tamaşaçıları böyük aktyoru inaniılmaz dərəcədə çevik hərəkətləri və böyük ustalıqla nümayiş etdirdiyi saysız-hesabsız və komik üz cizgiləri ilə xatırlayır.

Çəkildiyi bəzi filmlər
"Atam, anam, qulluqçu və mən" - 1954
"Atam, anam, arvadım və mən" - 1955
"Tutulmayan oğru deyil" - 1958
"Şeytan və on dini hədis" - 1962
"Sen-Tropezli jandarm" - 1963
"Fantomas" - 1964
"Fantomas coşmuşdur" - 1965
"Maymaq" - 1965
"Fantomas Skotland-Yarda qarşı" - 1966
"Oskar" - 1967
"Orkestr-adam" - 1969
"Böyük gəzinti" - 1971
"Xəsis" - 1982
"Xışıltı"
"Napoleon: Zirvəyə gedən yol"
"Parisdən"
"Toto Madriddə"
"İblis və on vəsiyyət"
"Bəxtəvərlər"
"Qutuda oyun"
"Zəncirvarı reaksiya"
"Fantomas qalmaqal salır"
"Əyyaşlar"
"Jandarmlar Nyu-Yorkda"
"Böyük tətillər"
"Böyük gəzinti"
"Cənab Septimin restoranı"
"Ravvi Yakubun sərgüzəştləri"
"Jandarm və gəlmələr"


Tarix: 07.02.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 313 Bölmə: Aktyorlar