beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vidadi Məmmədov

Aktyor. ProdüserMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Məmmədov Vidadi Mansur oğlu (05.12.1960) 1982-ci ildə M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə qəbul olunan V.Məmmədov 1986-cı ildə oranı bitirərək təyinatla M.Davıdova adına Mingəçevir Dövlət Dram teatrına göndərilmiş və orada aktyor işləmişdir.

1986-1993-cü illər M.Davudova adına Mingəçevir Dövlət Dram teatrının səhnəsində 40-dan çox obraza səhnə həyatı vermişdir.

1993-cü ildən bu günə kimi H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında işləyir.Bu günə kimi 90-dan çox obraza səhnə həyatı vermişdir.Oynadığı rollardan: Çoban Qənbər, Məhəmmədhəsən əmi, Cəlal (C.Məmmədquluzadənin "Anamın kitabı", "Danabaş kəndinin əhvalatları" və "Ölülər"), Mülley (Hassan Şiller "Ğenuyuada sui-qəsd"), Marek (Kristof Xoinski "Bir gecə əhvalatı"), Həsən (Rizvan Həmid "Şənbə axşamı"), Tereşko (Makayanok "Tribunal"), Azər (C.Məmmədov "Ayıq olun,uşaqlar"), Qurbanəli (M.F.Axundov "Müsyo Cordan və dərviş Məstəli şah"), Çənə Arif (Ə.Qiyas "Qarışqa yuvası"), Niyaz (S.S.Axundov "Tamahkar"), Vəzir (Ü.Kevr "Xajə şah"), Kirpi (O. Korçinskaya "Tramvayı kim oğurlayıb"), Azad (R.Səməndər "Dərs"), Moşu (Y.Səmədoğlu "Qətl günü") və s. göstərmək olar.

Teatrdakı işi ilə yanaşı V.Məmmədov Respublika televiziyasının bir çox verilişlərində də çıxış edib. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının çəkdiyi "Əlahiddə vəziyyət" filmində Vaqif roluna çəkilmişdir.

V.Məmmədov 1997-ci ildə Sumqayıt teatrında Uon Leyesin "Buratino aya uçur" əsərinin kukla tamaşasının quruluşçu rejissoru olmuşdur.

"Rənglərdə yaşayan ömür" kitabının müəllifidir.

1999-cu ildən Azərbaycan Mədəniyyət Nazirin əmrinə əsasən Sumqayıt Dövlət Musiqili Dram teatrının yaradıcılıq işləri üzrə direktor müavini vəzifəsində çalışır. O, tamaşanın təşkili və hazırlanmasında yaxından iştirak edir. Hal-hazırda bədii şuranın üzvüdür. Direktor müavini işləməklə öz yaradıcılığını da davam etdirir.

Filmoqrafiya
Xüsusi vəziyyət (film, 1986)
Qara "Volqa" (film, 1994)


Tarix: 05.02.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 332 Bölmə: Aktyorlar