beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valeh Kərimov

Valeh Seyfulla oğlu Kərimov - Azərbaycan aktyoru.

Həyatı

1944-cü il mart ayının 21-də, Cənubi Azərbaycanın Miyana şəhərində dünyaya gəlib. 1969-cu ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik olaraq Sumqayıt Teatrı ilə bağlayıb. 1990-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2000-ci ildə isə Respublikanın Xalq Artisti fəxri adına, həmçinin, Prezident mükafatına layiq görülüb.

1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

V.Kərimov həm də rejissor kimi də fəaliyyət göstərir. Teatrda işlədiyi dövrdə 70-ə yaxın obrazlar yaratmışdır. Onlardan: M.F.Axundov "Müsyo Jordan və dərviş Məstəli şah" – Qonaq, C.Cabbarlı "Sevil" – Balaş, A.Məmmədov "Yadındamı?" – Zaur,N.B.Vəzirov "Müsibəti Fəxrəddin" – Fəxrəddin, S.Rəhman "Toy" – Surxay, Y.Əzimzadə "Nəsrəddin" – Nəsrəddin, G.Xuqayev "Elbrus evlənir" – Elbrus, Albadam, R.İsmayılov "Ülviyyə" – Qədim, S.S.Axundov "Tamahkar" – Hası Murad, İ.Coşğun "Komsomol poeması" – Gəray bəy, Molyer "Skapenin kələkləri"- Silvestr, N.Hikmət "Demoklisin qılıncı"- Komisyolçu, Anar "Adamın adamı" – İbiş İbişli, M.Lermantov "Maskarad" – Sprixt, C.Cabbarlı "Vəfalı Səriyyə" – Məhərrəm, N.Qoqol "Müfəttiş" – Xlestakov, M.F.Axundov "Lənkəran xanının vəziri" – Vəzir, V.Səmədoğlu "Bəxt üzüyü" – Moşu, R.N.Güntəkin "Bir gecəlik ər" – Hilmi, V.Şekspir "Hamlet"/ mono- tamaşa/ – Hamlet, Ə.Qiyas "Qarışqa yuvası" – Qafar, T.Vəliyeva "Mənim ağ göyərçinim" – Hərbçi vəs. Quruluş verdiyi tamaşalar: S.S.Axundov "Tamahkar" -10.02.1974 və 25.04.1993, İ.Məlikzadə "Gəl qohum olaq"- 08.12.1997, K.Həsənov "Sehrli yaylıq"- 22.03.2000, M.Moyame "Lotereya"- 02.04.2003.

Filmoqrafiya
Bağdada putyovka var... (film, 2000) - Qürbət
Balqabaq (film, 2007)
Bəxt üzüyü (film, 1991) - Moşu Göyəzənli
Gəl qohum olaq (film, 2001)
Hərənin öz payı+tayı (film, 2006) - Seyfi
Mən sənin dayınam (film, 2001)
Pəncərə (film, 1991)
Yerlə göy arasında (film, 1999)


Tarix: 05.02.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 418 Bölmə: Aktyorlar