Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbdül Mahmudov

Aktyor. Rejissor. Ssenari müəllifi. İkinci rejissor. Rejissor assistenti. Arxiv kadrlarda iştirak edən.

Həyatı

Əbdül Mahmudbəyov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandı. Ana tərəfi Haşimi krallığından olduğu üçün həşimxanlılar deyərmişlər. Ata tərəfi isə Ərdəbildən olub. M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq ixtisasında (1962-1966), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində təhsil alıb (L.G. Trauberqin və G. Daneliyanın emalatxanasında, 1971-1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib. Bir ara kinostudiyanın nəzdindəki kino-aktyor teatrının bədii rəhbəri olub. Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimidir.

Filmoqrafiya
Ağlar-güləyən (film, 1988)
Alıcının sərgüzəşti (film, 1976)
Axırıncı aşırım (film, 1971)
Bağlı qapılar (film, 1986)
Bir məhəllədən iki nəfər (film, 1957)
Bizim Cəbiş müəllim (film, 1969)
Çarvadarların izi ilə (film, 1974)
Dağlarda döyüş (film, 1967)
Dəli Kür (film, 1969)
Diplom işi (film, 1979)
Doğma sahillər (film, 1989)
Dörd bazar günü (film, 1975)
Əcəmi Naxçıvani (film, 1976)
Əhməd haradadır? (film, 1963)
Əlavə təsir (film, 2010)
Ən vacib müsahibə (film, 1971)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Firəngiz (film, 1975)
Gecə qatarında qətl (film, 1990)
Gözlə məni (film, 1980)
Həyatın mənası (film, 1979)
İkiqat təsərrüfatsızlıq (film, 1985)
Qanlı zəmi (film, 1985)
Qatır Məmməd (film, 1974)
Qəribə adam (film, 1979)
Qətl günü (film, 1990)
Qeyri-adi ov (film, 1976)
Qorxma, mən səninləyəm (film, 1981)
Layiqli namizəd (film, 1984)
Mübadilə (film, 1983)
Nəsimi (1973)
Nəticə (film, 1985) (I)
O qızı tapın (film, 1970)
Ömrün ilk saatı (film, 1973)
Ömür-gün sevdası (film, 1976)
Oxuyur Müslüm Maqomayev (film, 1971)
Sevinc buxtası (film, 1977)
Su bulandıranlar (film, 1991)
Şəhərlərin dostluğu (film, 1978)
Şəhərli biçinçilər (film, 1986)
Şərikli çörək (film, 1969)
Uğurlu təyinat (film, 1984)
Uşaqlığın son gecəsi (film, 1968)
Üzü küləyə (film, 1977)
Ver verim (film, 1974)
Yeddi oğul istərəm... (film, 1970)


Tarix: 06.02.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 359 Bölmə: Aktyorlar
loading...