beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xeyri Əmirzadə

Xeyri Osman oğlu Əmirzadə (1893, Krım vilayəti, Yalta şəhəri, Dərəgöy kəndi-17 fevral, 1958, Bakı) — Aktyor.Mündəricat
1 Həyatı
2 Adlar və Mükafatlar
3 Filmoqrafiya
4 Həmçinin bax


Həyatı

Azərbaycan kino sahəsində özünəməxsus yeri olan Xeyri Əmirzadə Osman oğlu (1893-1958) milliyyətcə türkdür. Bakıda vəfat edən aktyorun dəfn olunduğu yer məlum deyil. Odessa rəssamlıq məktəbini(1914) və Odessa teatr studiyasını bitirib. Krım-tatar Muxtar Respublikasının xalq artisti (1923) adını alıb. 1921-1924-cü illərdə Krım Tatar Dövlət Teatrının aktyoru kimi çalışıb. Kino fəaliyyətinə isə 1924-cü ildən başlayıb. 1930-cu illərin əvvəllərindən Azərbaycanın bir sıra səsli və səssiz filmlərində baş rolları ifa edib: "Qız Qalası", "İyirmi Altı Komissar", "Dostlar", "İsmət", "Almaz", "Kəndlilər", "Səbuhi", "Bəxtiyar" və başqa filmlərdə rol alıb.
2007-ci ildə Xeyri Əmirzadənin şəxsi arxivini qardaşı oğlu Simferopol kino arxivinə təhvil verib, aktyorun şəxsi arxivi Azərbaycana Film Fondunun müraciəti ilə göndərilib.

Adlar və Mükafatlar
Krım-tatar Muxtar Respublikasının xalq artisti (1923)

Filmoqrafiya
Almaz (film, 1936)
Bakının işıqları (film, 1950)
Bəxtiyar (film, 1942)
Bəxtiyar (film, 1955)
Dostlar (film, 1934)-Traktorçu (Qısametrajlı Bədii Film)
İsmət (film, 1934)-Səməd (Tammetrajlı Bədii Film)
İyirmi altı komissar (film, 1933)-Komissar (Tammetrajlı Bədii Film)
Kəndlilər (film, 1939)
Qız qalası (film, 1924)(Tammetrajlı Bədii Film)
Səbuhi (film, 1941)
Səhər (veriliş, 1995)


Tarix: 05.02.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: Aktyorlar