beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmmədkamal Kazımov

Məmmədkamal Kazımov — Aktyor, Arxiv kadrlar.

Mündəricat
1 Həyatı
2 Mükafatları
3 Filmoqrafiya
4 Həmçinin bax


Həyatı

Kazımov Məmmədkamal Allahqulu oğlu 1929-cu il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən teatr sənətinə maraq göstərən M.Kazımov, 1944-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə qəbul olunur. Burada çalışdığı illər o, teatrın nəzdində fəaliyyət göstərən Teatr studiyasında oxuyur. Təhsilini artırmaq məqsədilə M.Kazımov M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun «Dram və kino aktyoru» fakültəsinə daxil olur, sonra həmin təhsil ocağının «Rejissorluq» fakültəsini də bitirir. Akademik Milli Dram Teatrda işlədiyi dövrdə M.Kazımov bir sıra yaddaqalan tamaşalar yaratmışdır. Onun A.Arbuzovun «Tanya», H.Muxtarovun «Kimdir müqəssir?», E.Ryazanovun «Sevgi-sevgi», A.S.Puşkinin «Yatmış gözəl və yeddi qardaş», İ.Səfərlinin «Yol ayrıcında», S.Dağlının «Kölgələr pıçıldaşır», Q.Qorinin «Görünməmiş toy», M.F.Axundovun «Xırs quldurbasan», A.Şaiqin «Fitnə» kimi əsərlərinə verdiyi quruluşlar teatr salnaməsində özünəməxsus yer tutur. Yaradıcılıq yolunda M.Kazımov respublikanın digər teatrlarında da tamaşalar hazırlamışdır. O, Sumqayıt Dövlət Musiqili Dram Teatrında Y.Məmmədovun «Anna məhəbbəti», Tənqid Təbliğ Teatrında Q.Rəsulovun «Məhəbbət oyunu», Əhli Beyt Teatrında Ş.Nəzərlinin «Mücdədin yuxusu» əsərlərinə səhnə həyatı vermişdir. 1983-1988-ci illərdə Mədəniyyət Nazirliyinin rəsmi göndərişi ilə Məmmədkamal Kazımov Ağdam Dövlət Dram Teatrında baş rejissor vəzifəsində çalışmışdır. Orada işlədiyi müddətdə o, M.Hüseyn və İ.Əfəndiyevin «İntizar», S.Rüstəmin «Qaçaq Nəbi», Ə.Fərzəlinin «Yurdda Kim qaldı», Ə.İlhamın «Qızıl əjdaha» və «Nərgiz ana», İ.Məlikzadənin «Son gecə», M.Lermontovun «İki qardaş», S.Vurğunun «Fərhad və Şirin» və s. bu kimi müxtəlif janrlı pyeslərinə quruluş vermişdir. Ömrünün 61 ilini sənətə həsr etmiş M.Kazımov teatr sənətinə maraq göstərən gənclərlə işləməyi çox sevərdi. Keçən əsrin 60-cı illərində Xətai adına Mədəniyyət Sarayında yaratdığı S.Vurğun adına Xalq Teatrında yetişən gənc aktyorların bu günkü məhsuldar yaradıcılığı buna bariz sübutdur. M.Kazımovun kino yaradıcılığı da maraq doğurur. C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında çəkilmiş «Bir cənub şəhərində», «Yol əhvalatı», «Qətl günü», «Ölülər», «Ümid», «Mənim ağ şəhərim», «Şahid qız», «Güllələnmə təxirə salınır», «Qara «Volqa» kimi bədii filmlərində, «Ac həriflər» televiziya tamaşasında yaddaqalan obrazlar yaratmışdır. M.Kazımov ömrünün son günlərinədək yaradıcılıqla məşğul olmuş, Azərbaycan Mədəniyyət Fondunun «Sönməyən ulduzlar» teatrının baş rejissoru kimi fəaliyyət göstərmişdir. Ətrafına korifey sənətkarları toplayan bu səhnədə tamaşaya qoyduğu S.Vurğunun «Vaqif», C.Cabbarlının «Solğun çiçəklər» və s. klassik irsimizdən olan əsərlər M.Kazımovun Azərbaycan mədəniyyətinə verdiyi son töhfələr idi. Məmmədkamal Kazımov 2005-ci il dekabr ayının 13-də 77 yasinda dünyasını dəyişmişdir.

Mükafatları

Əməkdar Mədəniyyət İşçisi

Filmoqrafiya
Ac həriflər (film, 1993)(tammetrajlı film-tamaşa)(Aztv)-rol: Səlman, meyxana deyən
Ad günü (film, 1977)(tammetrajlı bədii film)-rol: satıcı
Almas Yıldırım (film, 2004)
Azərbaycan naminə (film, 2005)
Bağdada putyovka var... (film, 2000)
Bir cənub şəhərində (film, 1969)
Biri Getdi, Qaldı Üçü (film)
Dəvətnamə (film, 1989)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Qanlı zəmi (film, 1985)
Qara "Volqa" (film, 1994)
"Qayınana" əməliyyatı (film, 1999)
Qətl günü (film, 1990)
Qeybdən gələn səs (film, 2002)
Qəzəlxan (film, 1991)
Məkanın melodiyası (film, 2004)
Mən sənin dayınam (film, 2001)
Mənim ağ şəhərim (film, 1994)
Özgə vaxt (film, 1996)
Sonuncu şahid (film, 2004)
Şahid qız (film, 1990)
Ümid (film, 1995)
Yol əhvalatı (film, 1980)
Yuxu (film, 2001)


Tarix: 03.02.2013 / 17:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 359 Bölmə: Aktyorlar