beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xamiz Muradov

Rejissor. Ssenari müəllifi. Aktyor. Prodüser. Verilişlərdə iştirak edən. İkinci rejissor. Rejissor assistenti.

Həyatı

Xamiz Bəkir oğlu Muradov 15 sentyabr 1943-cü ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. 1962-1966–cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1969-1971-ci illərdə isə Moskvada fəaliyyət göstərən sənədli filmlər kurslarında təhsil almışdır.

1969-cu ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışır. 50-yə yaxın sənədli filmin rejissoru, eyni zamanda ssenari müəllifidir. 1998-2001-ci illərdə "Səlnamə" studiyasına rəhbərlik etmişdir. 2002-ci ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktorudur.

X.Muradov "Özgə anası", "Nəsimi", "Aşıq Ələsgər", "Daşkəsən", "Üzeyir Hacıbəyov", "Dünyaya insan gəlir", "Natəvan", "Bakının işıqları", "Əks-səda", "Balaban", "Kreslo", "Azadlığa gedən yollar", "Şəhidlərdən şəhidlərə", "Qədirin sorağında", "9 dəqiqə" və s. sənədli filmləri lentə almışdır (Əksər filmləri rejissor Tofiq Məmmədovla müştərək olaraq).

Qaçqınların acınacaqlı yaşam tərzindən bəhs edən "9 dəqiqə" sənədli filmi 2003-cü ildə ən yaxşı sənədli film nominasiyası üzrə "Qızıl Çıraq" Milli Kino Mükafatına layiq görülmüşdür.

Dövlət Mükafatı laureatıdır. 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2005-ci ildə isə xalq artisti Fəxri adlarına layiq görülmüşdür.

Filmoqrafiya
100 ilin astanasında (film, 1992)(I) (qısametrajlı sənədli film)
9 dəqiqə (film, 2000) (qısametrajlı sənədli film)
Abşeron rəngləri (film, 1983) (qısametrajlı sənədli film)-rejissor
Ağdam nemətləri (film, 1991)
Ana (film, 1999)
Aşıq Ələsgər (film, 1972)
Aşıqlar (film, 1983)
Azadlığa gedən yollar (film, 1990)
Azadlıq elçisi (film, 1993)
Azərbaycanın əkilən otlaqları (film, 1980)
Bahar günəşi (film, 1974)
Bakının işıqları (film, 1979)
Balaban (film, 1987)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
Boşluq (film, 1989)
Daşkəsən (film, 1973)
Dərs (film, 1981)
Dünyaya insan gəlir (film, 1976)
Əbədi qardaşlıq (film, 1975)
Əks-səda (film, 1987)
Əqrəb (film, 1972)
Əlavə təsir (film, 2010)
Əshabi-Kəhf (film, 2000)
Fransa qəhrəmanı (film, 1975)
Girov (film, 2005)
Gözəllik ilahəsi (film, 1989)
Günaydın, mələyim! (film, 2008)
Haray (film, 2004)
Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981)
Həcc ziyarəti (film, 1991)
Həmid Sultanov (film, 1973)
Xaqani (film, 1980)
Xəzər gəmiçiliyi-60 (film, 1985)
Xəzər köməyə çağırır (film, 1991)
İnama qayıdış (film, 1992)
Keyfiyyət nişanı (film, 1974)
Kreslo (film, 1988)
Qala (film, 2008)
Qanun naminə (film, 1968)
Qarabağ bülbülləri (film, 1977)
Qardaşlaşmış... (film, 1978)
Qazmada elektrotexnika kompleksləri (film, 1977)
Qədirin sorağında (film, 1993)
Qəhrəmanlara eşq olsun! (film, 1981)
Mədrəsə (film, 1990)
Mən Bakıda yaşayıram (film, 1986)
Məndə sığar iki cahan... (film, 1973)
Mənim çörəkli dünyam (film, 1991)
Murtuzun tarı (film, 1989)
Natəvan (film, 1982)
Nəsimi (film, 1971)
Oktyabr və Azərbaycan (film, 1987)
Ovsunçu (film, 2003)
Ömür qatarı (film, 1991)
Sabirabad (film, 1988)
Sağ ol, müəllim (film, 1985)
Səhər (veriliş, 1995)
Sübhün səfiri (2012)
Şəfa bulağı (film, 1981)
Şəhidlər və qazilər (film, 1991)
Şəhidlərdən şəhidlərə (film, 1990)
Şəhidlik zirvəsi (film, 2001)
Şənlik bizə yaraşır (film, 1974)
Şərəfli yol (film, 1989)
Şərikli çörək (film, 1969)
Torpaq. Dəniz. Od. Səma (film, 1967)
Uçuş xətti (film, 1987)
Ukraynada Azərbaycan mədəniyyəti günləri (film, 1978)
Ulu diyar (film, 1984)
Üzeyir Hacıbəyov (film, 1976)
Yalan (film, 2006)
Yaşıl möcüzə (film, 1979)
Yenə də inşaatçılar... (film, 1980)
Yenidənqurmanın işığında... (film, 1988)
Zireh qalalar (film, 1983)
Zirvəyə gedən yol (film, 1995)
Ziya ocağı (film, 1991)


Tarix: 05.02.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 483 Bölmə: Aktyorlar