beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Loğman Kərimov

Aktyor. Teatr rejissoru. Ssenari müəllifi.

Həyatı

L.Kərimov 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında aktyor kimi çalışan L.Kərimov 30-a yaxın maraqlı surətlər yaratmışdır. Onun "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" filmində yaratdığı Əliağa Vahid obrazı geniş tamaşaçı kütləsi tərəfindən yüksək qiymətləndirilmişdir. Loğman Kərimov 1998-ci ildən doğma teatrda rejissor kimi fəaliyyətə başlamış və bu müddət ərzində Elçinin "Mahmud və Məryəm" (bu tamaşa 1999-cu ilin ən uğurlu tamaşası elan edilmişdir), "Ölüm hökmü", S.S.Axundovun "Qaraca qız", Ə.Dəmirçizadənin "Dədəm Qorqud", A.Babayevin "Olmuş əhvalat", M.Marinyenin "Lotoreya" əsərlərinə uğurlu səhnə həlli vermişdir. L.Kərimov teatrın rus bölməsində "Əlibaba və 40 quldur", "Al çiçək", "Göyçək Fatma" tamaşalarını hazırlamışdır. Hal-hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışır.

L.Kərimov 2006-cı ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
Ağ atlar üçün vals (film, 1987)(tammetrajlı televiziya tamaşası)(Aztv)
Alman klinikasına şəxsi səfər (film, 1988)
Araqarışdıran (film, 1987)
Aşkarsızlıq şəraitində... (film, 1986)
İstanbul reysi (film, 2010)
Köpək (film, 1994)
Qəzəlxan (film, 1991)
Lətifə (film, 1989)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Nəfəs (2007)
Sahilsiz gecə (film, 1989)
Sübhün səfiri (film, 2012)
Yük (film, 1995)


Tarix: 02.02.2013 / 14:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 398 Bölmə: Aktyorlar