Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabir Sultanov

AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Sultanov Sabir Kərim oğlu - 1946-cı ildə anadan olub. 1973-cü ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsini bitirmiş, 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına xor artisti vəzifəsinə qəbul edilmişdir. İşgüzarlığı və qabiliyyəti sayəsində o ikinci dərəcəli xor artistliyindən solist–vokalist kimi aparıcı səhnə ustalığına qədər yüksəlmişdir. Məlahətli səsə, güclü plastikaya və məharətli aktyorluq bacarığına malikdir. Ona görədir ki, o həm rus, həm də azərbaycan bölmələrində repertuarda olan tamaşaların əsas rollarının ifaçısı olmuşdur. O klassik və müasir bəstəkarların əsərlərində özünəməxsus bir sıra obrazlar yaratmışdır. "Flumeno Marturano"da Alfredo, "Sıqan primyer"də Ests Traqon, "Silva"da Ferri, "Şən dul qadın"da Karmon, "Həmişə xanım"da Azər, "O olmasın, bu olsun"da İnteligent Həsən, "Hicran"da Orxan, "Lotareya"da Nömrə Nadir və s. bu kimi rəngarəng obrazlar yaratmışdır.

Filmoqrafiya
İşarəni dənizdən gözləyin (film, 1986)
Meyl (film, 1988)
Gecə qatarında qətl (film, 1990)
Yaşıl eynəkli adam-2 (film, 1999)
Nigarançılıq (film, 1998)


Tarix: 04.02.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 193 Bölmə: Aktyorlar
loading...