beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aqil M. Quliyev

Aqil M. Quliyev - aktyor, rejissor, ssenari müəllifi, klipmeyker.

Həyatı

Aqil M. Quliyev 5 avqust 1972-ci ildə Bakıda anadan olmuşdur.

1989-cu ildə 153 №-li orta məktəbi bitirib, "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsindən karyerasını başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Bədii kino və televiziya rejissorluğu" fakültəsini bitirib (1990-1996). 1992-ci ildən aktyor kimi müxtəlif filmlərdə çəkilib. Bu illərdə Beynəlxalq "MİR" Teleradio və "AZTV" Dövlət Teleradio Şirkətlərində müxtəlif televerilişlərin rejissoru olub. 1997-1999-cu illərdə "ABA" Teleşirkətində reklam rejissoru kimi çalışıb. 2000-2006-cı illərdə müstəqil prodüser və rejissor kimi reklam və musiqili video işləri ilə Azərbaycanda məşhurlaşıb. 2006-2007-ci illərdə "ACADEMY PRODUCTION" şirkətinin içraçı direktoru vəzifəsində çalışıb. 2007-ci ildən "AQİL M.FİLM" şirkətinin təsisçisi və bədii rəhbəridir.

Filmoqrafiya - Aktyor
Kənar adamlar (film, 1992) - rejissor Fərid Qumbatov (Azərbaycan)
Kök (film, 1992) - rejissor Wilson Burbano (Ekvador)
Ümid (film, 1995) - rejissor Gelbəniz Əzimzadə (Azərbaycan)
Leyli və Məcnun (musiqili telefilm, 1996) - rejissorlar Nazim Abbas,Şamil Nəcəfzadə (Azərbaycan)
Hot-Dog (film, 1996) - rejissor Şamil Nəcəfzadə (Azərbaycan)
Ailə (film, 1998) - rejissor Ramiz Həsəoğlu,Rüstəm İbrəhimbəyov (Azərbaycan)
Bəyaz həyat (teleserial, 2003) - rejissor Rəhim Sadıqbəyli (İsveç)
Мы Объявляем вам войну (telefilm, 2011) - rejissor İqor Xolodkov (Russiya)


Tarix: 31.01.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 449 Bölmə: Aktyorlar