beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşıl fıstıqlı peçenya
Yaşıl fıstıqlı peçenya

MATERİAL SİYAHISI:

3 su stəkanı un
150 q kərə yağı
2 yumurta
1 paket qabartma tozu
1 paket vanil
1 su stəkanı şəkər kirşanı
2 xörək qaşığı toz fındıq

ÜZƏRİ ÜÇÜN:

100 q südlü şokolad
Yaşıl fıstıq

İÇİ:

Unu qarışdırma qabına tökürük. Qabartma tozunu, vanili, kirşanını və toz fındığı əlavə edirik, qarışdırırıq. Ortasını hovuz kimi açırıq. Ortaya otaq temperaturunda yumşalmış kərə yağını qoyuruq. Yumurtaları da qırırıq. Ortadakı materialları araşdırdıqdan sonra kənardan toz malzemleri əlavə edirik yaxşıca yoğururuq. Elə yapışmağa qoymayan bir xəmir əldə edirik. Xəmirdən və qozdan bir az daha böyük parçalar qoparırıq. Yağlı kağız sərilmiş soba xonçasına duzuruk. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.

Şokoladları buxarı üstündə əridirik. Şirniyət bişdikdən sonra soyuyanda əvvəl əridilmiş şokolad sonra fıstığa batıraraq xidmət edirik.


Tarix: 25.03.2015 / 23:07 Müəllif: Nurana Baxılıb: 76 Bölmə: Şirniyyatlar