beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vişnəli Çörək

Ərzaqlar:
15 qr pivə mayası
1/3 stəkan ilıq süd
3 stəkan Un
1 stəkan toz şəkər
2 ədəd yumurta
50 qr kərə yağı
2 stəkan tumu çıxarılmış vişnə
1 ədəd yumurta sarısı
Bir çimdik duz
Hazırlanması:

Pivə mayasını ilıq süddə qaynadın. Maya əridikdən sonra 1 stəkan unun üzərinə əlavə edin.
Qatı xəmir yoğurun. Üzərini salfet ilə örtüb sərin bir yerdə yarım saat gözlədin.
Qalan unu, şəkər tozunu, 2 ədəd yumurta, kərə yağı və duz ilə qarışdırın.
Mayalanan xəmirdən kiçik parçalar qoparıb bu qarışığın üzərinə qoyub yoğurun.
Əldə etdiyiniz xəmirdən kiçik parçalar qoparın. Içlərinə vişnə qoyub xəmiri bağlayın.
Dilədiyiniz şəkli verib, yağlanmış kağızlı qabın üzərinə qoyun. Çörəkləri bu şəkildə gözlədin.
Qabardığı zaman üzərlərinə yumurta sarısını sürtün. Əvvəldən isidilmiş 200 dərəcəli sobada qızarana qədər bişirin.
Hakkında: çox ləziz və damaq dadınıza uyğun olacaq yeməklərdəndir. Nuş Olsun!


Tarix: 26.12.2014 / 18:35 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Şirniyyatlar