beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ballı, bananlı peçenye

Ərzaqlar:

1 ədəd banan

2 x.q. bal

1 stəkan şəkər tozu

3-4 stəkan un

1 ç.q. yumşaldıcı


Hazırlanma qaydası:

Bananı çəngəllə əzin. Əzilmiş bananın üzərinə şəkər tozu və balı əlavə edib, sobanın üzərində buğa verin. Sonra üzərinə yumşaldıcı ( xəmir üçün) qatıb, qarışdırın. Hazırladığınız kütlə köpüb ağarana qədər, buğun altından çıxarmaq lazımdır. Soyumuş kütlənin üzərinə ələkdən keçirilimiş unu səpib, xəmir yoğurun. Sonra xəmiri 6-8 mm ölçüsündə yayıb, kəsmək üçün müxtəlif fiqurlardan istifadə edin. Ulduz, romb, ürək formasında kəsin.

Sonra listə bir az su çiləyəndən sonra, peçenyeləri yerləşdirin. Hər peçenyenin üzərinə bir az su gəzdirib, şəkər tozu səpin.

Peçenyeni sobada 7-10 dəqiqə ərzində qızarana qədər bişirin. Peçenye tez bişir, çox saxlamayın, yana bilər. Nuş olsun!


Tarix: 09.12.2012 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 331 Bölmə: Şirniyyatlar