beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uilyam Şekspir

Uilyam Şekspir (ing. William Shakespeare, 26 aprel, 1564 – 23 aprel, 1616) — ingilis dramaturqu, şair və aktyoru. Dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri. Ən azı 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifidir.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Şekspir və Azərbaycan
4 Filmoqrafiya


Həyatı

Şekspir 1564-cü ildə İngiltərənin Stratford şəhərində anadan olmuşdur. 1585-1592 illər aralığında Londona köçür. Londonda aktyor, yazıçı və teatr şirkətinin təsisçilərindən biri kimi fəaliyyət göstərir. Şekspir 1613-cü ildə doğma şəhəri Stratforda qayıdır və üç il sonra vəfat edir.

Yaradıcılığı

Şekspir əsərlərinin əksəriyyətini 1590-1612-ci illər aralığında yazmışdır. O, həm komediya, həm də faciə janrlarında eyni dərəcədə uğur əldə edə bilən nadir dramaturqlardan sayılır. "Hamlet", "Otello", "Romeo və Cülyetta", "Maqbet", "Kral Lir" kimi əsərləri dünya ədəbiyyatının nadir inciləri sırasıdadır. Şekspirin süjet, dil və janr müxtəlifliyi ilə biri-birindən seçilən əsərləri Avropa teatr sənətinin və ədəbiyyatının inkişafına misilsiz dərəcədə təsir göstərmişdir. Qələmə aldığı dramlarda yaratdığı inanılmaz dərəcədə çoxsaylı və rəngarəng insan obrazları o dövr Avropa ədəbiyatında geniş yayılmış cansız və yeknəsək obraz və daha dəqiq desək, prototiplərlə zəngin əsərləri kölgədə qoyur. Yaratdığı Makbiz və Şilok kimi obrazlar bəzən xoşagəlməz hərəkətlərə yol versələrdə tamaşaçıların rəğbətini qazana bilirlər. Çünki onlar sadəcə qüsurları olan insan obrazlarıdır.

Şekspirin əsərlər dünyanın bir çox dillərinə tərcümə olunmuş, dram əsərləri dünyanın əksər teatrlarında tamaşaya qoyulmuşdur.

Şekspir və Azərbaycan

Azərbaycan teatrının inkişafında Şekspir əsərlərinin tamaşaya qoyulması müstəsna rol oynamışdır. Görkəmli Azərbaycan yazıçı və dramaturqları onun faciə və komediyalarıni (bəzilərini dəfələrlə) Azərbaycan türkcəsinə çevirmişlər. Bunların böyük qismi ruscadan, az hissəsi ingiliscədən tərcümə olunmuşdur. Azərbaycan şairləri Şekspirin sonetlərini bir neçə dəfə tərcümə etmişlər.

Ən görkəmli rejissorlar və aktyorlar Şekspir əsərlərinin Azərbaycan səhnəsində tamaşaya qoyulmasında iştirak etməyi özlərinə şərəf bilmişlər.

Filmoqrafiya
Otello (film, 1955)
Romeo və Cülyetta (film, 1968)
Kral Lir (film, 1970)


Tarix: 20.01.2013 / 15:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 574 Bölmə: Şairlər və Yazıçılar