beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarpız.

Qarpız su (çəkinin 80%-nə qədər), fruktoza, saxaroza, mikroelementlər və təbii sellülozdan ibarətdir. Fruktoza qlyükozadan fərqli olaraq hətta şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara heç bir mənfi təsir etmir.

Qarpızı təbii sidikqovucu adlandırırlar ki, o insan orqanizmini daxildən sözün tam mənasında “yuyur” və bu səbəbdən ürək, damar və oynaq xəstəliklərindən əziyyət çəkən insanlara çox faydalıdır.

Qarpız qara ciyər üçün çox xeyirlidir. Qarpız şirəsi qara ciyərə orqanizmdən toksinləri yuyub aparmaq üçün kömək edir.

Qarpızın tumları bağırsaqları qurdlardan təmizləyir.

Tərkibində maqnezium mikroelementinın miqdarına görə qarpız badamdan sonra ikinci yer tutur. Qidada maqneziumun xroniki çatışmazlığı təzyiqinin artmasına gətirib çıxarır.

Bundan əlavə maqnezium böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir və ödqovucu təsirə malikdir.

Maqneziumdan əlavə qarpız kalium elementi ilə də zəngindir. Kalium ürəyin normal fəaliyyəti üçün çox vacibdir.

Qarpızda dəmir mikroelementi da vardır. Bu səbəbdən qarpız qanazlığından əziyyət çəkən insanlara yaxşı kömək edir.

Arıqlamaq istəyənlər qorxmayaraq qarpız yeyə bilərlər. Qarpızda kalori az olduğuna baxmayaraq o, tez bir zamanda insanda toxluq hissi yaradır.

Bütün bu yaxşı xüsusiyyətlərə baxmayaraq düzgün seçilməmiş qarpız insanın səhhəti üçün əsl təhlükə ola bilər. Bunun səbəbi isə ondan ibarətdir ki, qarpız yetişdirilməsi zamanı tez-tez nitrat tərkibli gübrələrdən istifadə olunur. Bu nitratlar qarpızlarda yığılaraq insanların, xüsusən də uşaqların, orqanizmi üçün təhlükəlidir.

Qaydalara uyğun (yəni xeyirli) yetişdirilmiş qarpız seçmək üçün bizim məsləhətlərimizdən istifadə edə bilərsiniz:

— Qarpızı iyunda-iyulda yox, avqust – sentyabr aylarında almaq lazımdır.

— Yaxşı qarpız gün şüalarının altında parıldayır.

— Qarpızın üzərində çatlar və əzilmiş yerlər olmamalıdır. Bu zədələnmiş yerlərdən qarpıza təhlükəli mikroblar daxil ola bilər və bu mikroblar insanlarda kəskin bağırsaq infeksiyaları törədə bilərlər.

— Qarpız alanda heç bir halda onu kəsdirməyin.

— Qaprızın “quyruğu” sarı və bir qədər qurumuş olmalıdır, lakin tam quru olmamalıdır. “Quyruğu” olmayan qarpız almayın.

— Qarpızın üzərində sarı ləkənin olması onu sübut edir ki, qarpız tam və təbii qaydalara uyğun yetişib. Əgər belə ləkə çox yekə olarsa, deməli bu qarpıza gün şüaları çatmayıb və bunun dadı da yaxşı olmayacaqdır.

— Qarpız seçərək orta ölçüdə (5-7 kq) qarpızlara üstünlük verin.

— Qarpızı evə gətirdikdən sonra suya salın. Yaxşı dəymiş qarpız suyun üzərində üzəcək, dəyməmiş isə batacaq.

— Qarpızı yedikdən əvvəl yaxşı yumaq (sabunla da olar), qaynanmış su ilə yaxalamaq lazımdır.

flora, ərzaqlar, qarpız, qarpızın faydaları, məsləhətlər


Tarix: 10.12.2014 / 17:09 Müəllif: Aziza Baxılıb: 164 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər