beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çuğundur..

Çuğundurun tərkibində 50 faiz natrium və 5 faiz kalsium var. Natriumun kalsiumdan on dəfə çox olması kalsium duzunun yaxşı həll olmasına şərait yaradır. Bu da çox vacibdir. Çünki bişmiş qida yeyən adamın damarlarında, oynaqlarında və digər orqanlarda yığılıb qalan qeyri-üzvi kalsium böyük fəsadlar verir. Poliartrit, revmatizm, osteoxondroz və s. xəstəliklər baş qaldırır. El arasında onları "yel" xəstəliyi adlandırır, yaxud deyirlər ki, "oynaqlarıma duz yığılıb". Çuğundur şirəsini kök və xiyar şirəsinə qatıb, hər gün içən xəstə "yel" xəstəliyindən dava-dərmansız xilas ola bilər.
Çuğunduru faydalı edən tərkibindəki təkcə natrium-kalsium deyil. Onun tərkibinin 20 faizini kalium təşkil edir. Kalium isə orqanizmin bütün fizioloji fəaliyyəti üçün gərəkdir. Çuğundurda olan xlor (8 faiz) qaraciyəri, böyrəkləri və öd kisəsini təmizləyən, eləcə də bədəndə olan bütün limfaların fəaliyyətini stimullaşdıran çox gözəl təbii vasitədir. Ondan istifadə edən adamın qaraciyərində, öd kisəsində, böyrəklərində və limfalarında problemi olmaz.
Qırmızı çuğundurda dəmir az miqdarda olsa da, qırmızı kürəciklərin yediyi qidanın çox dəyərli komponenti sayılır. Ona görə də çuğundur şirəsi qırmızı kürəciklərin yaranmasına və qanın tərkibinin yaxşılaşmasına fəal təsir göstərir. Bu şirə qadınlar üçün, xüsusilə də hamilə qadınlar üçün çox faydalıdır. Onlar gün ərzində 0,5 litr çuğundur şirəsi (yerkökü şirəsi ilə qarışdırıb) içsələr, dünyaya sağlam övlad gətirərlər.
Bir qədəhdən artıq içilən çuğundur şirəsi(çuğundur soku) yüngül başgicəllənməyə və ürəkbulanmaya səbəb ola bilər. Təcrübə göstərir ki, onu ilk vaxtlar yerkökü şirəsi ilə qarışdırıb içmək yaxşıdır. Özü də kök şirəsi xeyli artıq olmalıdır. Tədricən çuğundurun həcmini o vaxtacan artırmaq lazımdır ki, orqanizm onu rahat qəbul edə bilsin. Belə qarışığı gündə 2 dəfə 1-1,5 stəkan içmək məsləhətdir.
Çuğundurla yerkökü şirəsinin qarışığı həm bədəni fosfor və kükürdlə təmin edir, həm də yaxşılaşdırır. Onlara 100 qram da xiyar şirəsi (kalsium və B qrupu vitaminləri ilə zəngindir) əlavə etmək yaxşı olar. Məşhur tədqiqatçı alim Norman Uoker (ABŞ) əksər xəstəliklərin müalicə üsulunu belə tövsiyə edirdi: yerkökü şirəsi - 300 qram + çuğundur şirəsi - 100 qram + xiyar şirəsi - 100 qram. Belə şirə qarışığı qara ciyəri, öd kisəsini, böyrəkləri, prostat vəzini və digər vəziləri təmizləməklə bərabər, bədənə üzvi kalsium da daşıyır.
Deyilənlərə onu da əlavə edək ki, çörək, un məmulatlarına, ət xörəklərinə üstünlük verən, meyvələrə və tərəvəzə məhəl qoymayan insanların orqanizmində külli miqdarda sidik turşusu əmələ gəlir. Böyrəklər isə bu zərərli maddəni bədəndən tam çıxarmağa qadir deyil.


Tarix: 10.12.2014 / 16:54 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər