beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Voleybol üzrə qadınlararası dünya çempionatı 1994

Voleybol üzrə qadınlararası dünya çempionatı 1994 — 1994-cü ilin oktyabr ayında ikinci dəfə Braziliyada təşkil olunan turnir. Sonda Kubanın zəfər çaldığı on ikinci mundialda gümüş medalın sahibi ev sahibləri olmuşdur. Bürünc medalı isə SSRİ-nin dağılmasından sonra ilk dünya çempionatında iştirak edən Rusiya milli voleybol komandası olmuşdur.

Turnirə həmçinin tarixdə ilk dəfə olaraq Azərbaycan milli komandası da qatılmışdır. Azərbaycan müstəqil olduqdan sonra komanda idman növlərində ilk dünya çempionatını və ən böyük idman yarışı məhz bu turnir olmuşdur. Turnirdə qazanılan onunculuq hələ də top, həmçinin komanda idman növlərindəki ən böyük uğurumuzdur.


Tarix: 09.03.2015 / 16:07 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Ümumi