beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şıx qalası

Ümumi məlumat
16 metr hündürlüyündə inşa edilmiş qala sırf keşikçi məntəqəsi missiyasını daşıyıb. Silindr formalı qalanın qülləsinə qalxmaq üçün bir yolu, üç otağı var. Qalanın quruluşu elədir ki, otaqlardan və qüllədən giriş qapısını nəzarətdə saxlamaq mümkündür. Qalaya mərdəkanlılar İşıq qalası deyirlər. Tarixi mənbələrdə isə göstərilir ki, qalanın yerləşdiyi ərazi Səid Əbdüxxeyir şeyxə məxsus pay torpağıdır. Ona görə tikilinin adı əvvəlcə Şeyx, Şıx qalası, zaman keçdikcə yerli əhalinin dilində təhrif olunaraq İşıq qala kimi formalaşıb. Tarixi 1232-ci ilə aid edilən qalanın daş kitabəsində onun Məsud oğlu Əbdülməcid tərəfindən inşa edildiyi göstərilib. Əvvəlki illərdən bircə fərq odur ki, qalanın ərazisi müəyyən edilib, ətrafı dəmir çənbərlə hasarlanıb. Qapısı isə bağlıdır. Yaxınlarda təmir edilib turistlərin ixtiyarına verilməsi gözlənilir. Qala bələdçisini və Mərdəkan əhlini, o cümlədən, qalaya yalnız kənardan tamaşa etmək imkanı olan xarici qonaqları gözləməkdə olsun.


Tarix: 12.02.2015 / 19:19 Müəllif: Feriska Baxılıb: 251 Bölmə: Ümumi