Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qumuq - Azərbaycan əlaqələri tarixi

Ümumi məlumat
Şimali Qafqazın ən böyük etnoslardan biri qumuklardır – Altay dil ailəsinin qıpçaq türk qrupuna aid xalq. Öz tarixi boyu qumuqlar müxtəlif feodal birliklərə daxil idilər: Tərki Şamxallığı, Qaytaq Usmiliyi və sairə. Azərbaycanlılar və qumuqların coğrafi yerləşmə yaxınlığı, bəzi nəsillərin eyni etnosiyasi qurumlarda təmsil olunması səbəbindən, sıx hərbi-siyasi və iqtisadi yaxınlığa malik idilər.

Məntəqənin ən iri və nüfuzlu dövlət qurumlarından biri, Sulak çayı mənsəbindən cənubda yerləşən və şimaldan qumukların və noqayların mülkləri, qərbdən Avarstan, cənubdab Qara-Qaytaq, şərqdən Xəzər dənizi suları ilə həmsərhəd Tərki Şamxallığı idi. Şamxallıq qumuklar, noqaylar, yuxarı darginlər, laklar, avar qrupu və başqa etnoslarla təmsil olunmuşdular.

Coğrafi və qohumluq yaxınlığı Azərbaycan xanları ilə Şamxallığın sıx əlaqələrinə dəstək oldu. “Şamxalların şəcərəsində” məsələn, qeyd olunur ki, şamxal İlçay Əhmədin dayısı Kerşas Şirvan xanı idi. Azərbaycan feodalı öz bacısı oğluna Ağdaş torpaqlarının idarəsini vermişdi. Şamxallar təxminən 17-ci əsrin yarısına qədər qumukları və qazı-qumukları idarə edirdilər. 19-cu əsrdən elmi dövriyəyə buraxılan məlumatlara görə, şamxallar 16-cı əsrdən Tərkidə və Buynakda möhkəmlənmişlər və qazıkumuklardan vergi yığırdılar. Beləliklə şamxalın hərbi kontingenti müxtəlif etniklərdən ibarət idi.

16-cı əsrdə əlaqələr
Qaytaq usmiliyinə qumuklardan başqa darginlər, qaytaklar, qubaçinlilər, azərbaycanlı-tərəkəmələr, tatlar, dağ yəhudiləri və sairə daxil idi.

Onlar, məntəqədə Qafqaz uğrunda genişlənən Türkiyə-Rusiya-İran qarşıdurmasının demək olar ki bütün hərbi tədbirlərində iştirak etmişdilər. Şamxallar əsasən Osmanlı imperiyasına meyl edirdilər. 1550-ci ildə osmanlı sultanı I Süleymanın əmri ilə Krım xanı, qumuk və qaytaq hakimləri Azərbaycan Səfəvilər dövlətinə qarşı çıxış etdilər. Bəzi yerli hakimlərin dəstəyinə arxalanan osmanlılar Sinan paşanın başçılığı ilə 1554-cü ildə Azərbaycana soxuldular. Qumuk hakimləri və qaytaq usmisi Şirvanşahlar sülaləsindən olan və osmanlıların tərəfinə keçib sultandan Şirvanı iqta kimi alan Qasım Mirzəyə dəstək olmalıydılar. Bu hərbi əməliyatın nəticəsində osmanlılar Dərbəndi aldı. Lakin Qaleyi Buğurd yanındakı döyüşdə onlar məğlub oldular. Şirvan bəylərbəyi Abdulla xan Qasım Mirzənin dəstələrinin hərəkətini Gülüstan qalası yanında dayandırdı. Həmin vaxt şah I Təhmasib Tiflisə yürüş üçün Şamaxı və Gəncə bəylərbəylərindən şamxalın, ləzgilərin və çərkəzlərin dəstəklərinin təmin olunmasını xahiş edirdi.

Qeyd etmək lazımdır ki Şirvanda və Dağıstanda məntəqəyə osmanlı ekspansiyasının həm tərəfdarları həm də əleyhdarları vardı. Osmanlı imperiyasının məntəqədə güclənməsindən və Qafqazda qüvvələr nisbətinin dəyişməsindən narazı olan Rusiya, osmanlıları məntəqədən sıxışdırmaq niyyətində idi.

Moskva İveriya çarı Aeksandrla Tərki şamxalına qarşı sövdələşdi. Lakin 1594-cü ilin yazında Tərki şamxalının və Avar xanının birgə səyləri ilə rus qoşunlarının həmləsi dəf edildi və, Rusiya hakimiyətinin planını yerinə yetirən İveriya çarı Aleksandr Şimal-Şərqi Qafqazda bərqərar ola bilmədi.

17-ci əsrdə əlaqələr. Səfəvi-Osmanlı müharibələrinin tərkib hissəsi. Səfəvi - Rusiya müharibəsi (1652-1653)
Lakin artıq 1604-cü ildə rus qoşunları yenidən Terek üzərinə yeridilər. Əndəri, İsti-su və başqa yerlərin qumuk əhalisi, onlardan çörək, mal qara, ərzaq, at və yem alan rus qoşunlarının hərəkətindən əziyət çəkirdi. Narazı qumuk əhalisi Tərkiyə şamxalın yanına çəkilirdi. Rus sərdarları şəhəri alandan sonra şamxal Avar xanının yanında daldalandı, Dərbənddən gələn dəstənin köməyinə ümid edərək və Şamaxıdan gələn köməyə arxalanaraq o rus qoşunlarını tamamilə Terki və Sulakdan çıxara bildi. I Şah Abbas Osmanlı dövlətindən revanş almaq məqsədi ilə Azərbaycanın mühüm hissəsini ələ keçirdi. Gəncə, Şamaxı, Bakı, Dərbənd, Lori, Tiflis və Dumanis yenidən Səfəvilərə keçdi. I Şah Abbas yerli hakimləri o cümlədən şamxalı öz tərəfinə çəkmək istəyirdi. 20 noyabr 1612-ci ildə Səfəvi şahı ilə Osmanlı sultanı arasında bağlanan İstanbul sazişinə görə şamxal və Şimal-Şərqi Qafqazın başqa hakimləri sultanın vassalı elan olundular.

Həmişə olduğu kimi Osmanlılarla rəqabət aparan Səfəvilər yenidən Şimali Qafqazda heqemoniyaya can atırdılar. I şah Abbasın 1613-cü ildəki Tiflisə yürüşü zamanı qumuk hakimləri Eldar və Gəray ona dəstək oldular. 1615-ci ildə şah Abbas və, elə şah Səfi və II Abbasın vaxtında da Səfəvilərin burada əsas dayağı olan həmin bu qumuk hakimlərinin dəstəyi ilə Kaxetiya üzərində öz hakimiyətini bərpa etdi. 1619-cu ildə şah Abbasın əmri ilə Dərbənd sultanı Əndərəyli Sultan Mahmudu öz təbəliyinə qəbul etdi. Əndərəyli hakim, eləcə də şamxal İlqar və başqaları şahı ancaq Yelets şəhərciyi yanında qala tikintisi məsələsində dəstəkləmədilər.

Beləliklə qumuk hakimləri müxtəlif vaxtlarda gah osmanlıların, gah səfəvilərin tərəfində çıxış edirdilər. Qəsri-Şirin sülh müqaviləsi görə, hər iki tərəf təsir çevrələrini Şimali Qafqazda bölsələr də: şah hakimiyəti Dağıstanın bir hissəsinə (Dərbənd və müasir Dağıstanın cənub hissəsinə, Tabasaran və Tarki şamxallığı), sultana isə bütün qalan ərazi tabe olsa da, -şamxal və başqa Dağıstan hakimləri kırım xanının tədbirlərində iştiraklarını davam edirdilər və Osmanlı imperiyasını dəstəkləyirdilər. Səfəvi şahları Dağıstan hakimlərini öz tərəflərinə çəkmək üçün bütün vasitələrə əl atırdılar.

Beləki məsələn şamxal Aydəmirin 1641-ci ildə ölümündən sonra II Abbas öz namizədi Tərkili Surxayı dəstəklədi və ona Şamxallıq yarlığı verdi. 1645-ci ildə şah Abbas usmilərin Yəngikənd və Məcəlis qollarının ziddiyətlərindən yararlanaraq, Qaytaqa gələn şah qoşunlarına qoşulan usmi Əmirxan-Sultanı taxta otuzdurdu. Şah hakimiyəti Dərbəndi və Dağıstanın cənub hissəsini, Tabasaranı və Tarki şamxallığını əhatə edirdi. Şimali Azərbaycan və Dağıstan feodalları şah qoşunları tərkibində rus qalası Sunjaya yürüşdə (1652-1653) iştirak edirdilər. Avar və Qazıqumuk hakimləri şahdan yarlığlar almışdı. 1659-16660-cı ildə Dağıstanda növbəti Səfəvi əleyhinə üsyanda Tarkili Surxay xan şaha qulluq etməkdən imtina etdi və üsyan başçısı Ullubəyi dəstəklədi. Nəticədə kürülülər, qaytaqlılar və qumuklar məğlub oldular, onların hakimləri isə öz itaətlərini bildirdilər.

18-ci əsrdə əlaqələr. I Pyötrun Xəzər yürüşü, Nadirin Dağıstan yürüşləri
18-ci əsrdə məntəqəyə rus ekspansiyası ilə əlaqədar olaraq Qafqaz hakimləri buna qarşı bir sıra hərbi əməliyatlar keçirirlər, vergi yükü və məzhəb ziddiyətləri ilə qızışan şah əleyhinə çıxışlar da tezləşir. Lakin Hacı Davud Qaytaq usmisinin, bəzi Quba və Qazıqumuk hakimləri Surxay xan, Əli sultan və b. dəstəyi ilə, eləcə də Şamaxının sünnü əhalisinin yardımı ilə, 1721-ci ilin avqustunda Şamaxıya yürüş edirlər. Bu yürüş sonralar Azərbaycan ərazisinə Rusiya ekspansiyası üçün bəhanə olur. Rusiya hakimiyəti Səfəvi dövlətində baş qaldıran hərmərclikdən yararlanaraq, osmanlıların niyyətini qabaqlayaraq, Qafqaz mülklərinin bölüşdürlüməsində iştirak etməyə tələsdilər. 1723-cü il Peterburq müqaviləsinə görə Tarki Şamxallığı, Kostekov və Aksay mülkləri Rusiya imperiyası sayıldı. Şah II Təhmasib bu sənədi tanımadı. 1724-cü ildə İstanbulda, sultanın Rusiyanın Dərbədə, Bakıya, Xəzər sahili şəhər və kəndlərə haqqını tanıyan, eyni zamanda osmanlılara Azərbaycanın əskər hissəsində ağalığını təmin edən osmanlı-rus müqaviləsi bağlandı. Şirvan vilayəti, sahil zolağından başqa, Osmanlı imperiyasının ali himayəsi altında müstəqil xanlıq elan edildi. Rus hakimiyətini Utəmiş sultanı, Qaytaq usmisi, Qazıqumuklu Surxay xan və Səlyan naibi Həsən xan qəbul etməkdən imtina etdilər. Tərki şamxalı Adil Gəray öz adamları ilə, rus qoşunlarının hərəkətlərindən, və Müqəddəs Xaç qalasının tikilməsindən və onun ərazisində ermənilərin və kazakların yerləşdirilməsindən hiddətə gələrək yeni tikilmiş rus istehkamını mühasirəyə aldı. Lakin şamxalın qoşunları məğlub oldular. Buna qarşılıq cəza olaraq şamxallıq ləğv edildi, onun idarəsi isə rus komandanlığına verildi. Rus qoşunlarının buradan uzaqlaşmasından sonra şah hakimiyəti şamxal vəzifəsini bərpa etdilər, onu Adil Gərayın oğlu Xaspolad tutdu.

Rəşt müqaviləsi (1732) və Gəncə müqaviləsi(1735) müqavilələrinə görə, Rusiya imperiyası Kürdən cənuba Xəzəryanı ərazilərdən İranın xeyrinə vaz keçdi və şahın Dağıstanən bütün xalqları və Tarki şamxalı üzərində hakimiyətini tanıdı. Rus qoşunları əvvəlcə Sulak çayına, sonra isə Terek çayına çəkildilər. Nadir şah əski qüdrətini bərpa etmək üçün bir neçə, o cümlədən Dağıstana yürüş təşkil edir. Nadir şah Osmanlı sultanı ilə sülh sazişi bağlayaraq, öz yerli tərəfdarları ilə(şamxal Xaspolad xan və b.) Tabasaranda, Kürüdə, Samurda, Qubada, Qazıqumuqda, Akuşa mülkündə və Məcəlis mahalında şah hakimiyəti əleydarlarına divan tutur. Azərbaycan və Dağıstan nümayəndələri, o cümlədən Tarkili şamxal sonrakı illərdə də Türkiyə-İran rəqabətinə cəlb olunurlar. Hətta Nadir şah Qaytaq usmisini sıxışdıraraq, azərbaycanlı-tərəkəmələri (300 həyət) daha sakit yerlərə, xüsusi ilə qumuq sərdarı Əlişa Həmzənin, Əndərəy məlikləri Temir və Bamatın mülklərinə, onlara yaxın olan qumuqların yanına köçürür. Nadir şahın ölümündən sonra azərbaycanlı-tərəkəmələrdən bir hissəsi Qaytaq hakimi Əmir Həmzənin yanına öz köhnə yerlərinə qayıdırlar, ancaq 100 həyət qumuqların arasında qalır.

Qubalı Fətəli xanın fəaliyəti fonunda əlaqələr
1760-cı ildə, Azərbaycanın torpaqlarını birləşdirmə siyasəti aparan qubalı Fətəli xan (1758-1789) bir çox hakimin, o cümlədən Qaytaq usmisi Əmir Həmzənin və bəzi qumuqların dəstəyini təmin etdi.

Məlum olduğu kimi tavlinlilər, Qazıqumuq hakimi Məhəmməd xan, Akuşalı hakim ağsaqqal Hüseyn, Tarki şamxalı Murtaza Əli başda olmaqla bu ittifaqa qarşı çıxdılar. Quba xanının Azərbaycan torpaqlarını birləşdirmək siyasəti həm Azərbaycanda separat əhval ruhiyəli xanların həm də Qazıqumuk Məhəmməd xan, şamaxılı Ağası xanın və b. müqavimətinə rast gəldi.

1774-cü ildə Qaytaq usmisi, Tabasaran kazisi və Qazani məliki Dişsiz-Bamat Fətəli xana və onun müttəfiqlərinə, o cümlədən Tərki şamxalına qarşı çıxdılar.

1782-ci ildə Aksay(qumuq) məliki Eldar xan Soltanmamut, eləcə də Alxas Qaplan, Soltan bəy Usmili və Adil Əlibəy və Bamat Arslanbəy öz adamları ilə azərbaycanlı hakimlərin köməyinə gəlməyi düşünürdülər. Eyni zamanda başqa koalisiya yarandı, o cümlədən, 1783-cü ildə Tərki şamxalı, Buynak məliki Bamat, b., Gilan xanı Hidayət xana qarşı Qarabağ xanı İbrahim xanla ittifaq bağlamış Fətəli xana dəstək olmağa razılaşdılar. Sonralar da azərbaycanlı hakimlərin, məsələn Qubalı Şeyxəli xanın qumuq məlikləri ilə ittifaqları müşahidə olunurdu.

Uzun zaman kəsiyində, qumuqlar azərbaycanlı hakimlərə yardım edirdilər və Şimal-Şərqi Qafqazda onların mövqelərini gücləndirirdilər. Qədimdən onların arasında, əsasən təsərrüfat əlaqələrinə dayanan daimi etnikarası münasibətlər qurulmuşdur. Azərbaycanlı, qumuq, noqay - türk anklavı dostluğu, şübhəsiz ki mövcud idi. Bununla belə, Dağıstanın müxtəlif xalqları: laklar, avarlar və b. arasında da bundan az dayanıqlı olmayan münasibətlər qurulurdu. Bunu onların birgə çıxışları və hakimləri arasında olan münasibətləri sübut edir, həm də bu işdə maraqların həmrəyliyi və tarixi ümumilik və mədəni-bəşəri müstəvi sonuncu rol oynamırdı.

Qumuqlar və azərbaycanlılar şeyx Mənsur hərəkatında
Azərbaycanlılar və Şimali Qafqaz xalqları rus hakimiyətinin qurulmasına qarşı Şeyx Mənsur hərəkatını dəstəklədilər. Belə ki Gizlərdə məğlub olandan sonra Şeyx Mənsur, onun qoşununa daxil olan qumuqlara sığındı. Şeyx Mənsuru qumuq hakimləri Əli Sultan, Tarki şamxalı, Avar və Qazıqumuq xanları və b. dəstəklədi. Qumuq Əli Sultan Kampolad öz məktubunda xəbər verir ki Şeyx Mənsura azərbaycanlılar(şəkili, şirvanlı, qubalı, dərbəndli və b.) da qoşulub. 1785-ci ilin sonunda şeyx Mənsur qumuqların arasında idi və Əndərəy məliki knyaz Çepal tərəfindən dəstəklənirdi.

19-cu əsrdə rus istilasına qarşı birgə çıxışlar. Şamil hərəkatında iştirak.Xasay xan Usmiyev
19-cu əsrin əvvəlinə qədər Azərbaycan və Tarki şamxallığı xalqları arasındakı münasibətlər müəyyən tarixi proseslərlə şərtlənirdi, sosial-iqtisadi və siyasi vəziyətdən təsirlənirdi.

Yerli xalqların rus qoşunları ilə çoxsaylı toqquşmalarında və döyüşlərdə Şimali Qafqaz xalqlarının nümayəndələri azərbaycanlıların tərəfində çıxış edirdi. Onların arasında, çoxdan azərbaycanlıların arasında yaşayanlar, həmçin öz din qardaşlarının çağırışına gələnlər də vardı.

1801-ci ilin qışında Quba, Şəki, Şirvan qoşunları Qubalı Şeyxəlinin başçılığı ilə Şamxalın və başqa Şimali Qafqaz hakimlərinin dəstəyilə rus qarnizonu yerləşən Dərbəndi almağa cəhd etdilər. Lakin onların bütün səyləri uğursuz oldu. Kartli-Kaxetiyanın rus qoşunları tərəfindən tutulması və I Pavelin, bu ərazinin Rusiya imperiyasına birləşməsi barədə 16 fevral 1801-ci Manifesti, sonrakı illərdə isə Dağıstanın dövlət qurumlarının, daha sonra isə Azərbaycan xanlıqlarının işğalı, - bütün bunlar köklü surətdə qeosiyasi vəziyəti dəyişdi.

Rusiya mərhələsində xanlıqlar və şamxallıqlar ləğv edildi, inzibati-ərazi bölgü yarandı, yeni aparat təyin olundu. Rusiya hakimiyəti dövründə də qumuqlar və azərbaycanlılar arasında münasibtələr davam etdi. Bu həmrəylik xüsusi ilə 19-cu əsrin əvvəlində görünürdü. Ən görkəmli nümayəndələrdən biri əslən çeçen olan Bəypolad Taymiyev idi. O Mərkəzi və Şimal-Şərqi Qafqazda Tarki şamxalının başçılığı altında vahid dövlətçiliyin yaradılması yolunda fəallıq göstərirdi.

1829-cu ilin sonunda müridizm təlimi, eləcə də QazıMəhəmmədin təsiri Qöysu, Hümbət, Andiya, Çirkey, Slataviya və b. dağlıq Dağıstan cəmiyətlərinə, Tarki şamxallığı, Məhtula, Qazıqumuq, Qaytaq və Tabasarana yayıldı, onu bütün çeçenlər və qumqular dəstəklədi, o, xan hakimiyətini zəiflədən Avarstanda da dəstək tapdı.

1828-ci ilin əvvəlində onu hər iki Qazanişşa, Erpeli və Karanay, Tarki şamxallığı əhalisi dəstəklədi. Şamilin işi Şimal-Qərbi Azərbaycanda da özünə dəstək tapdı.

20-ci əsrdə əlaqələr. Rəşid xan Qaplanov
Qafqazda müstəqil milli qurumların təşəkkül tapdığı dövrdə 1918-1920-ci illərdə azərbaycanlı –qumuq əlaqələri Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqaz xalqları ittifaqı, Dağlı Respublikası çərçivəsində də sezilirdi.


Tarix: 12.02.2015 / 18:50 Müəllif: Feriska Baxılıb: 321 Bölmə: Ümumi
loading...