beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yemelyan Puqaçov

Həyatı
XVIII əsrin ikinci yarısında Rusiyanın dövlət idarəçiliyində bir hərc-mərclik hiss edilirdi. Çar taxtında əyləşdirilmiş III Pyotr prussiyapərəst siyasət yeridirdi. Bunun da nəticəsində saray əyanalrı arasında və qvardiyada müxalifət yarandı. III Pyotrun arvadı Yekaterinanın (yoxsullaşmış alman knyazı nəslindən olan Yekaterinanın qızlıq adı və soyadı Sofiya Avqusta Frederika olmuşdur) rəhbərliyi ilə saray çevrilişi oldu və çar qətlə yetirildi. Saray çevrilişinin təşkilatçısı II Yekaterina adı ilə hakimiyyət kürsüsünə yiyələndi və ərinin həyata keçirmək istədiyi bir sıra islahatları ləğv etdi. Belə qarışıq bir zamanda Don kazakları Yemelyan Puqaçovun başçılğı ilə üsyan etdilər. Təhkimli kəndlilər də, əsarət altında inləyən başqırdlar, tatarlar, qazaxlar da üsyançılara qoşuldular. Üsyan dalğası ölkənin böyük ərazisini bürüdü. Üsyançılar çar orduları üzərində bir sıra uğurlu qələbələr qazandılar. Bütün xalq hərəkatlarında olduğu kimi, Puqaçovun başçılıq etdiyi üsyanda əvvəlcədən hazırlanmış plan yox idi. Üsyançılar arasında nizam-intizama nəzarət etmək mümkün deyildi. Çox vaxt üsyançılar adi soyğunçu və quldurlar kimi hərəkət edirdilər. Başqırdlar, tatarlar, qazaxlar bu üsyanı onları müstəmləkə əsarətindən azad edib, müstəqil dövlətlərini yaratmalarına imkan verməyəcəyini görüb geri çəkildilər. Varlı kazaklar mübarizənin istiqamətinin dəyişdiyini – kəndli mübarizəsinə çevrildiyini görüb hərəkatın rəhbərlərinə xəyanət mövqeyi tutdular. Təhkimli kəndlilər isə öz ağaıarından qisas aldıqdan sonra ailələrinin yanına qayıdıb dinc ömür sürmək istədilər. Nəticədə xalq hərəkatı zəiflədi. Xəyanət nəticəsində Puqaçov tutulub çar hökumətinə təhvil verildi. Üsyan qəddarlıqla yatırıldı. Özünü çar III Pyotr kimi qələmə verən Puqaçovun və dörd yoldaşının Moskvada boynu vuruldu.


Tarix: 11.02.2015 / 18:10 Müəllif: Feriska Baxılıb: 161 Bölmə: Ümumi