beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsa xan

İsa xan Ləvənd (Levon) oğlu Gürcü (?- 1580) — Şəki hakimi.

Həyatı
İsa xan Ləvənd (Levon) oğlu Kaxetiyada doğulmuşdu. Atası Levon (1520-1574) Kaxetiyanı idarə edirdi. İsa xan İslamı qəbul etmişdi. Səfəvilərlə qohum olmuşdu. Sam mirzənin kürəkəni idi. 1574-cü ildə Sultan Məhəmməd Xudabəndə tərəfinən Şəki hakimi təyin edildi.

İskəndər bəy Münşi yazır: "Hər ikisi Ələmut qalasında məhbus olan və İsmayıl mirzə tərəfindən azad edilən Ləvənd xanın oğlu İsa xan Gürcü və Luvarsabın oğlu Hümayun xana mərhəmət olundu, cənnətməkan şahın qardaşı Sam mirzənin qızını İsa xana verdilər və onu Şəki əyalətinə göndərdilər. Hümayun xan İslamı qəbul edərək "Sultan Mahmud" xan adlandırıldı və o da "Üxüvvət" ("Qardaş") ləqəbinə layiq görüldü, izzət və ehtiramla Gürcüstana rəvan oldu, öz irsi ülkasını ələ aldı".

İsa xan 1580-ci ildə osmanlılara rəğbət bəslədiyinə görə qardaşı Aleksandr (1527-1605) tərəfindən öldürüldü.


Tarix: 12.02.2015 / 19:15 Müəllif: Feriska Baxılıb: 202 Bölmə: Ümumi