beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Borçalı distansiyası

Borçalı distansiyası (rus. Борчалинская дистанция) — Rusiya İmperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyasının Loru qəzası (1804-cü ildən Tiflis qəzası) tərkibində 24[q 1] sentyabr 1801 – 22[q 2] aprel 1840-cı illərdə mövcud olmuşdur.

Kürəkçay müqaviləsinədək
180128[q 3] fevral; General-mayor Lazarev İvan Petroviçin əmri ilə Tiflisdəki Sioni məbədinə yığılmış gürcü əyanlarına Rusiya imperatoru I Pavelin 30[q 4] dekabr 1800-cü il tarixində imzaladığı Kartli-Kaxetiya krallığının (və onun vassallarının) birdəfəlik Rusiya İmperiyasına birləşdirilməsi haqqında manifest oxundu.
18011[q 5] mart; Tiflis şəhəri əhalisinin çoxunu təşkil edən erməni dinindən olanlar üçün Vəng kilsəsində manifest erməni dilində oxunmuş, bundan sonra kapitan Taqanov başçılıq etdiyi 24 kazak əsgəri ilə birlikdə Tiflisin küçələrini gəzərək manifesti rus, gürcü, erməni və azərbaycan dillərində əhaliyə oxumuşdur.
180118[q 6] mart; Senata verilmiş göstərişə əsasən bütün ölkə vahid Gürcüstan quberniyasını təşkil edərək Rusiya İmperiyasına daxil edildi.
180124[q 7] sentyabr; Rusiya imperatoru I Aleksandrın imzaladığı manifestə əsasən Gürcüstan quberniyasının daxili idarəetmə sistemi və qaydaları təsdiq edildi. Beləliklə, Gürcüstan quberniyası 5 qəzaya bölündü, bunlardan üçü (Qori, Loru və Duşeti qəzaları) Kartlidə, ikisi isə Kaxetiyada (Telavi və Sığnaq qəzaları) yerləşirdi. Loru qəzasında keçmiş Somxetiya əyalətinin Borçalı və Trialeti dairələrini əhatə edən "Borçalı distansiyası", Pəmbək dairəsini əhatə edən "Pəmbək distansiyası", işğal nəticəsində ləğv edilmiş Qazax sultanlığını əhatə edən "Qazax distansiyası" və Şəmşəddil sultanlığını əhatə edən "Şəmşəddil distansiyası" təşkil edildi.
18045[q 8] dekabr; Rusiya imperatoru I Aleksandrın verdiyi əmrə əsasən inzibati mərkəzin Tiflis şəhəri olması dəyişdirilmədən Loru qəzasının adı "Tiflis qəzası" olaraq dəyişdirildi.
Gürcüstan quberniyasının ləğvinədək
184022[q 9] aprel; Gürcüstan quberniyası ləğv edildi və onun keçmiş bütün əraziləri yeni yaradılmış Gürcüstan-İmeretiya quberniyasının tərkibinə verildi. Yeni yaradılmış Gürcüstan-İmeretiya quberniyası inzibati cəhətdən 11 qəzaya bölündü: Tiflis, Kutais, Qori, Telav, Balakən, Yelizavetpol, İrəvan, Naxçıvan, Axalsıx və Quri qəzaları. Ləğv edilmiş Borçalı distansiyasının çox hissəsi Tiflis qəzasına, qalan qismi isə ləğv edilmiş Qazax, Şəmşəddil və Pəmbək-Şörəyel distansiyaları ilə birlikdə Yelizavetpol qəzasına daxil edildi.
Ərazisi
Distansiyanın şimal, qərb və qismən cənub hissələrində kifayət qədər hündür dağlar yerləşir, şərq hissəsi isə çoxlu təpəlikləri olan geniş düzənliklərdən ibarət idi. Distansiyanın şimalında və qərbində yerləşən dağlar sıx meşələrlə örtülü idi.

Dağlar:
Babaqar dağları: Ləlvar kəndindən Sınıq körpüyədək uzanırdı.
Düzənliklər:
Sərhədləri
Məxəzlərdə Borçalı distansiyasının sərhədləri haqqında müəyyən qeyri-müəyyənlik vardır. Bu xüsusiylə distansiya haqqında geniş məlumatları əhatə edən 1836-cı ildə Sankt-Peterburq şəhərində nəşr edilmiş, 4 hissəli "Qafqaz arxasındakı rus mülklərinin statistik, etnoqrafik, topoqrafik və iqtisadi münasibətlərinin icmalı" əsərində özünü biruzə verir:

II hissə, 267-ci səhifədə verilən təsvirə əsasən: Borçalı distansiyası şimalda Tiflis və Qori qəzaları, şərqdə Sığnaq qəzası və Qazax distansiyası, cənubda Pəmbək-Şörəyel distansiyası, qərbdə isə Osmanlıya məxsus Qars paşalığı və Ahısqa paşalığı ilə həmsərhəd idi.
I hissə, 307-ci səhifədə verilən təsvirə əsasən: Sığnaq qəzası şimalda Car-Balakən vilayəti, şərqdə İlisu sultanlığı və Yelizavetpol dairəsi, cənubda Şəmşəddil distansiyası və Qazax distansiyası, qərbdə isə Telavi qəzası ilə həmsərhəd idi.
I hissə, 279-280-ci səhifələrdə verilən təsvirə əsasən: Tiflis qəzası (şimali-şərqdə) Duşeti qəzası, (şimali-şərqdə) Telavi qəzası, (qərbdə) Qori qəzası, (qərbdə) Borçalı distansiyası və Trialeti torpağı ilə həmsərhəd idi.
I hissə, 357-ci səhifədə verilən təsvirə əsasən: Telavi qəzası şimalda Baş Qafqaz silsiləsi, şərqdə Sığnaq qəzası, cənubda Qazax distansiyası (sərhəd Kür çayından keçirdi), qərbdə isə Tiflis və Düşeti qəzaları ilə həmsərhəd idi.
II hissə, 39-cu səhifədə verilən təsvirə əsasən: Qori qəzası şimalda Osetiya və Duşet qəzası, şərqdə Duşet və Tiflis qəzaları, cənubda Trialeti, qərbdə isə Ahısqa paşalığı və İmeretiya ilə həmsərhəd idi.
II hissə 213-cü səhifədə verilən təsvirə əsasən: Qazax distansiyası şimalda Sığnaq qəzası və Borçalı distansiyası, şərqdə Şəmşəddil distansiyası, cənubda İrəvan əyaləti, qərbdə isə Pəmbək və Borçalı distansiyaları ilə həmsərhəd idi.
II hissə 251-ci səhifədə verilən təsvirə əsasən: Şəmşəddil distansiyası şimalda Sığnaq qəzası, şərqdə Yelizavetpol dairəsi, cənubda İrəvan əyaləti, qərbdə isə Qazax distansiyası ilə həmsərhəd idi.
II hissə 293-cü səhifədə verilən təsvirə əsasən: Pəmbək-Şörəyel distansiyası şimalda Borçalı distansiyası, cənubi-şərqdə Qazax distansiyası, cənubda İrəvan əyaləti, qərbdə isə Qars və (qismən) Ahısqa paşalıqları ilə həmsərhəd idi. Ancaq Sankt-Peterburqda 1840-cı ildə nəşr edilmiş "Qafqaz arxasındakı rus mülklərinin icmalı kitabına dair bəzi qeydlər" kitabının 54-cü səhifəsində sərhədlə bağlı bir yalnışlıq düzəldilmişdir: Pəmbək-Şörəyel distansiyası Ahısqa paşalığı ilə sərhəddə malik deyil !.
IV hissə 202-ci səhifədə verilən təsvirə əsasən: Ahısqa paşalığının Ədirnə sülhünə əsasən Rusiya İmperiyasına qatılmış qismi şimalda İmeretiya, Quriya və Meqreliya ilə, şərqdə Kartli, Trialeti və Somxetiya ilə, cənubda isə Osmanlıya məxsus Qars paşalığı və Ahısqa paşalığının Osmanlıya məxsus olan qalan qismi ilə həmsərhəd idi. Ancaq Sankt-Peterburqda 1840-cı ildə nəşr edilmiş "Qafqaz arxasındakı rus mülklərinin icmalı kitabına dair bəzi qeydlər" kitabının 93-cü səhifəsində sərhədlə bağlı bir yalnışlıq düzəldilmişdir: Meqreliya Ahısqa paşalığı ilə sərhəddə malik ola bilməz, belə ki, o Rioni çayının sağ sahilində yerləşir !.
Sahəsi
1836-cı ildə Sankt-Peterburq şəhərində nəşr edilmiş "Qafqaz arxasındakı rus mülklərinin statistik, etnoqrafik, topoqrafik və iqtisadi münasibətlərinin icmalı" kitabının II hissəsinin 267-ci səhifəsində verilən məlumata əsasən Borçalı distansiyası təxminən 8.000 verst² sahəni əhatə edirdi.

Daxili suları
Əhalisi
General-leytenant Karl Fyodroviç Knorrinqin Rusiya imperatoru əlahəzrət I Aleksandra yazdığı 28 iyul 1801-ci il tarixli raportuna əsasən Kartli-Kaxetiya krallığının əhalisi onun bu ölkədə səyahətdə olduğu tarixdə (19 aprel, 1801-ci il bu ölkəyə gəlmiş və burada 22 gün qalmışdır) təxminən 35.000 ailədən ibarət idi.

2 mart, 1804-cü ilin kameral təsvirinə əsasən Gürcüstan quberniyasının Borçalı distansiyasında hər iki cinsdən toplam 17.759 nəfər (9.396 nəfəri kişilər, 8.363 nəfəri qadınlar) əhali yaşayırdı.

1809-1811-ci illərdə Qarabağ xanlığı ərazisindən qaçqın düşmüş və Məlik Bağırbəy Bəylərov tərəfindən idarə edilən 428 etnik erməni ailəsi (kişi cinsindən 2.140 nəfər) Borçalıda yerləşdirildi.

Alman şərqşünası, səyyahı və politoloqu Heynrix Yulius von Klaprotun 1827-ci ildə Parisdə nəşr edilmiş "Qafqazın və Rusiya ilə Persiya arasında olan vilayətlərin tarixi, coğrafi, etnoqrafik təsviri" (fr. Tableau historique, géographique, ethnographique et politique du Caucase et des provinces limitrophes entre la Russie et la Perse) kitabının 93-cü səhifəsində verilən məlumata əsasən Somxetiya əyalətində 5.500 türk (və ya türkmən) ailəsi yaşayırdı.

2 sentyabr, 1829-cu il tarixli Ədirnə sülhünün şərtlərinə əsasən Ruslar 1830-cu ilin may - noyabr aylarında Osmanlı ərazisindən Cənubi Qafqaza 14.044 erməni ailəsi (hər ailə üçün 6 nəfər qəbul edilməklə təxminən 84.000 nəfərdən çox) köçürdülər. Onlardan 1.050 ailə (6.000 nəfərdən çox) Borçalı distansiyasında yerləşdirildi.

1831-ci ilin kameral təsvirinə əsasən Borçalı distansiyasında 3.984 tüstü var idi və onlarda kişi cinsindən 13.549 nəfər əhali yaşayırdı, 1832-ci ilin kameral təsvirinə əsasən isə distansiyada 145 kənddə 4.092 tüstü var idi və onlarda kişi cinsindən 13.762 nəfər əhali yaşayırdı.

Əhalinin sıxlığı
Distansiyanın sahəsi nəzərə alınarsa məlum olur ki, ərazinin hər kvadrat verstinə kişi cinsindən 1.7 nəfər əhali düşürdü.

Etnik tərkibi
1832-ci ilin kameral təsvirinə əsasən Borçalı distansiyasında yaşayan kişi cinsindən 13.762 nəfər olan əhalinin 8.479 nəfərini və ya 61.61%-ni azərbaycanlılar, 3.634 nəfərini və ya 26.41%-ni ermənilər, 767 nəfərini və ya 5.57%-ni yunanlar, 669 nəfərini və ya 4.86%-ni gürcülər, 213 nəfərini və ya 1.55%-ni isə almanlar təşkil edirdi.

Dili
Distansiyada ən geniş istifadə olunan dil Azərbaycan dili idi. Əhali azərbaycanca, ermənicə, gürcücə və almanca danışırdı. Belə ki, yunanların az bir qismi ana dilini bilirdi və əsasən azərbaycanca danışırdılar.


Tarix: 12.02.2015 / 18:17 Müəllif: Feriska Baxılıb: 221 Bölmə: Ümumi