beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramil Səfərovun ekstradisiyası və əfv edilməsi

Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilmişdir. Ramil Səfərov bu hadisə ilə bağlı ilk açıqlamasında belə demişdir:

"Bu, ədalətin bərpasıdır".

1 sentyabr 2012-ci ildə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul etmiş və onu mayor rütbəsi ilə təltif etmişdir. Həmçinin ona Müdafiə Nazirliyi tərəfindən ev və onun həbsdə olduğu 8 il müddətində toplanmış əməkhaqqı verilmişdir.

ASALA terror təşkilatının hədəsi
Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunması ilə əlaqədar Ermənistan və erməni diasporu arasında süni ajiotaj yaranmışdır. Ermənistan hökumətinin qızışdırıcı, aqressiv mövqeyindən ruhlanan erməni terror təşkilatları Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələməyə başladılar.

3 sentyabr 2012-ci il tarixində Azərbaycanın Macarıstan səfirliyinə ASALA Fighters terror təşkilatından daxil olmuş sənəddə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilir və onların qətlə yetiriləcəyi bildirilmişdir.

Buna cavab olaraq, 12 iyun 1993-cü il tarixində məşhur erməni terrorçu Monte Melkonyanı Ağdamda öldürmüş İbad Hüseynov mətbuata müsahibəsində bildirmişdir ki:

"ASALA terror təşkilatının rəhbəri Monte Melkonyanı ermənilərin içərisindən oğurlayıb gətirmişəm. Bu gün də inanıram ki, erməni bizim qüdrətli ordumuza bata bilməz. Ramil Səfərovun Bakıya gətirilməsi ilə prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycanın qüdrətli dövləti və prezidenti var.

Əgər xalq prezidentin ətrafında birləşsə, heç bir kənar qüvvə və ya terror təşkilatı Azərbaycana bata bilməz. Özü də ki, ermənilər. Vaxtilə ermənilərin istənilən terroristlərini, komandirlərini 2-3 dəqiqəyə postların dağıdaraq 10-20 ermənini öldürürdük. Lakin o vaxtki hakimiyyətsizliyin ucbatından torpaqlarımız işğal olundu. Amma nə vaxtsa torpaqlarımızın qaytarılması haqqında fərman verilsə bir gün içərisində axşamdan başlayaraq səhərə kimi bütövlükdə azad edə bilərik".

Məsələyə beynəlxalq rezonans
Ramil Səfərovun ekstradisiyasını və əfvini qeyri-qanuni hesab edənlər
Ramil Səfərovun ekstradisiyasının və əfvininin iki dövlət münasibətlərinə ziyan vuracağını hesab edənlər
Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyon
" Ramil Səfərovun azadlığa buraxılması qəbuledilməzdir. Bu qalmaqalın onsuz da gərgin olan Ermənistan-Azərbaycan münasibətləri üçün çox mənfi nəticələri ola bilər. Yaranmış vəziyyət regionda sabitliyin pozulmasına aparır. Mən Azərbaycan hakimiyyətini Avropa Şurasının standartlarına uyğun olaraq öz mövqeyinə yenidən baxmağa çağırıram".

ABŞ administrasiyası və ABŞ Dövlət Departamentinin açıqlaması
ABŞ administrasiyası və ABŞ Dövlət Departamenti məsələ ilə bağlı çıxış edərək Ramil Səfərovun əfv edilməsindən narahatçılığı bildirdilər. onlar qeyd etdilər ki, “Biz bu məsələ ilə bağlıə narahatlığmız ifadə edir və açıqlama gözləyirik. Həmçinin Macarıstan tərəfindən də Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı məlumat gözləyirik. ABŞ regionda münaqişəmı qızışdıracaq istənilən hərəkəti mühakimə edir", deyə Dövlət Departamentinin nümayəndəsi Patrik Ventrell bildirib.

Prezident Barak Obama da azərbaycanlı zabitin əfvi ilə bağlı narahatlığını ifadə edib.

“Prezident Obama Macarıstandan ekstradasiya edilən Ramil Səfərovun əfv edilməsi ilə bağlı dərin narahatıq hissi keçirir”, deyə Ağ Evin bəyanatnda bildirilir.

ABŞ Macaraıstan tərəfindən də Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı məlumat tələb edir. Bunu Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Toni Vitor bildirib.

Azərbaycan Prezident Administrasiyasının cavab reaksiyası
Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, ABŞ Dövlət Departamentinin Ramil Səfərovun Azərbaycana verilməsi məsələsi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib ki,:

"Mühakimə olunmuş insanların verilməsi məsələsi Avropa Şurası çərçivəsində 1983-cü ildə qəbul olunan Avropa Konvensiyası əsasında həll olunur. Azərbaycan və Macarıstan bu Konvensiyanı ratifikasiya ediblər.

Konvensiyaya uyğun olaraq, sənədi imzalayan bir dövlətin ərazisində mühakimə olunan şəxs, sənədi imzalayan digər bir dövlətə cəzasının qalan müddətini çəkmək üçün verilə bilər. Bu halda Konvensiya həmin insanın mühakimə olunandan dərhal sonra verilməsinə məhdudiyyət qoymur.

Ramil Səfərovun məsələsi həll olunarkən Macarıstan və Azərbaycan Konvensiyanın bütün müddəalarını tam yerinə yetiriblər. Azərbaycan tərəfi hökmün yerinə yetilməsinin davamı üçün lazım olan bütün hüquqi informasiyanı təqdim edib. Alınan məlumatlar əsasın, macar tərəfi Ramil Səfərovun geri qaytarılmasına razılıq verib.

Ramil Səfərovun əfv olunma məsələsi ilə bağlı nəzərə almaq lazımdır ki, Macarıstan məhkəməsinin hökmü 30 il ərzində yalnız şərti-vaxtından əvvəl azad olunmanı məhdudlaşdırırdı. Bu məhdudiyyət şəxsin əfv və ya amnistiya olunmasına aid deyil.

Ramil Səfərov 2004-cü il fevralın 19-dan həbs olunub. Bu o deməkdir ki, 8 ildən artıq o cəza çəkib. Əfv haqqında sərəncamı ömürlük cəzanın Ramil Səfərovun 8 il cəza çəkməsi ilə əvəz olunması kimi qəbul etmək lazımdır. Bunları nəzərə alaraq Ramil Səfərov azad olunub.

Bütün bunlardan belə qənaətə gəlmək olur ki, Macarıstanın Ramil Səfərovu Azərbaycan verməsi və onun sonradan əfv olunması həm Avropa Konvensiyasına, həm də Azərbaycan Respublikasının daxili qanunvericiliyinə uyğundur.".

NATO Baş Katibinin mövqeyi
Sentyabrın 7-də NATO-nun baş katibi Anders Foq Rasmussen 7 sentyabr 2012-ci ildə Azərbaycanda səfərdə oldu. Səfərin yekununa görə o Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilı birgə mətbuat konfransı keçirir. “Frans Press” agentliyi ona belə bir sual veriri:

"Cənab Rasmussen, Ramil Səfərovun əfv olunmasından sonra Ermənistan təhlükəsizlik şurasının iclasında çıxış edən prezident Serj Sarkisyan “Azərbaycan özündən küssün” bəyanatını vermişdir. Bundan sonra erməni terror təşkilatı “ASALA” Azərbaycan vətəndaşlarını ölümlə hədələmişdir. NATO-nun baş katibi olaraq Ermənistan prezidentinin terrora siqnal bəyanatlarına münasibətiniz necədir?"

Cənab Rasmussenin cavabı belə olur:

"Təbii ki, NATO-nun müttəfiqləri terrorçuluğu bütün formalarda pisləyirlər. Biz bütün məsuliyyətli siyasi liderlərə müraciət edirik ki, onlar terrorçuluğun həvəsləndirilməsindən çəkinsinlər. Yerli, regional vəziyyətə gəldikdə, gərginliyin azaldılmasına, əməkdaşlığın və barışığın təşviq edilməsinə böyük ehtiyac vardır.

Mən vəziyyətlə bağlı çox narahatam. Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini görəcəyik. NATO Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini təşkilatın Çikaqo sammitində bildirib. NATO bu münaqişənin həllinin tapılmasında birbaşa iştirak edən təşkilat deyildir və Minsk prosesini dəstəkləyir. Buna əsaslanaraq, biz münaqişənin sülh yolu ilə həllini görməyə ümid edirik."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məsələyə münasibəti
"İcazə verin, mən də bir neçə söz əlavə edim. Mən Ramil Səfərovun məsələsi ilə bağlı danışmaq istərdim. Reaksiyalara cavab olaraq qeyd edirəm ki, Ramil Səfərovla bağlı qərar Avropa Konvensiyasına uyğun verilib və Prezidentin Sərəncamı ilə onun əfv edilməsi Azərbaycan Konstitusiyasına uyğundur. Buna görə ümumi nöqteyi-nəzərdən vəziyyət tam aydındır.

Azərbaycanı Konvensiyanın pozulmasında günahlandırmağa çalışanlar ya reallığı bilmir, ya da ictimai rəyi çaşdırmaq istəyirlər. Onu da qeyd etmək istəyirəm ki, Ermənistan bundan Azərbaycanla sülh prosesinə xələl gətirmək üçün fürsət kimi istifadə etməli deyildir. Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinə sadiqdir. Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin verdiyi bəyanat bizi çox həvəsləndirdi. Bu bəyanatda deyilirdi ki, status-kvo qəbuledilməzdir. Bu status-kvo dəyişilməlidir. Ermənistan status-kvonu qoruyub saxlamağa çalışır.

Ötən ilin iyul ayında Kazan şəhərində keçirilmiş görüş məsələnin sülh yolu ilə həllinin tapılmasında son cəhd idi. Hazırda isə sülh prosesi durğunluq vəziyyəti alıb. Fikrimcə, beynəlxalq ictimaiyyət və ilk növbədə Minsk qrupu Ermənistana imkan verməməlidir ki, bunu səbəb kimi istifadə etsin və danışıqları tamamilə dondursun.

Ramil Səfərovun məsələsinə gəldikdə, bir daha bildirmək istəyirəm ki, qərar beynəlxalq hüquq norma və qaydalarına uyğun verilib."

Prezidenti İlham Əliyev davam edərək deyir:

"Mən sadəcə, ermənilərə xatırlatmaq istəyirəm. Fransanın Orli hava limanında 2001-ci ildə Avropa və Amerika vətəndaşlarının qətli ilə nəticələnən terror aktını törədən şəxs Fransadan Ermənistana ekstradisiya olunmuşdu. Baxmayaraq ki, o, Ermənistan vətəndaşı da deyildi, Ermənistan prezidenti isə onu əfv etdi. Mən terrorçular ilə zabitimiz arasında paralellik aparmaq istəməzdim. Lakin zabitimiz həbsdə artıq 9 il cəzasını çəkib. O, cəzalandırıldı, onun əfvi ilə bağlı qərar hüquqi nöqteyi-nəzərdən düzgün qərardır. Bu, Prezidentin qəbul etdiyi qərardır və düzgün qərardır. Azərbaycan öz zabitini vətənə qaytardı."

Ermənistanın mövqeyini tənqid edənlər
Böyük Britaniya Lordlar Palatasının üzvü Ken Maqinnis
"Ermənilər də qəbul etməlidirlər ki, nə vaxtsa azərbaycanlılar və türklər də terrorizmə görə mühakimə edilən ermənilər azadlığa çıxır və əhv edilirdilər. Paris aeroportunda Türk Hava yollarının bölməsinə qarşı terror aktı dinc türk və Avropa vətəndaşlarının ölümünə səbəb oldu. Ancaq buna baxmayaraq nə beynəlxalq ictimaiyyət, nə Qərb mətbuatı terroristlərin azadlığa çıxmasını pisləmədilər."

Böyük Britaniya Lordlar Palatasının üzvü lord Laird
"Təhlükə var ki, ermənilərin reaksiyası bütün sərhədləri keçəcək. Səfərovun azadlığa çıxmasına görə onlar yenidən Dağlıq Qarabağda müharibəyə başlamaq, Macarıstanla diplomatik əlaqələri kəsməyi və Avropadakı azərbaycanlıları öldürməyklə hədləyirlər. heç yerdə qeyd edilmir ki, Səfərovun doğulduğu Cəbrayıl rayonu artıq 20 ildir ki, erməni işğalındadır."

Böyük Britaniya Lordlar Palatasının üzvü lord Kilkluni
"Erməniləri qəzəbləndirən məsələyə o bucaq altında baxmaq lazımdır ki, ermənilərin özləri dəfələrlə terror törətmiş şəxsləri azad ediblər. Ermənistan Prezidenti Serj Sarqsyan sakitlik yaratmaq əvəzinə müharibən iiə hədləyir. Dağlıq Qarabağı işğalı zamanı müharibənin dadını görmüş Ermənistan Prezidenti başa düşməlidir ki, konfliktə qayıtmaq hər iki tərəf üçün ağır nəticələr səbəb ola bilər."

Almaniya Federativ Respublikası Bundestaqının üzvü Florian Hahn
"Bu yaxınlarda Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı parlament fraksiyasının Dağlıq Qarabağ və onun ətrafında yerləşən Azərbaycan ərazilərinin işğal olunmasının 20 illiyi ilə əlaqədar sənəd qəbul etdi. Sənəddə vurğulanırdı ki, tərəflər konfliktin aradan qaldırılmasının indiyədək olan formasını ətraflı götür-qoy etsin və münaqişənin həlli prosesinə yeni təkan versin. Konfliktin sülh yolu ilə həlli və münasibətlərin normallaşdırılması bütün regionda müsbət iqtisadi və ictimai stimul yaradacaq. Buna görə də Ermənistanın rəsmi hakimiyyət dairələrinin Ramil Səfərovun Macarıstandan vətəni Azərbaycana qaytarılmasına olan reaksiyaları daha artıq narahatlıq yaradır.

Ermənistan qanuniliyinə heç bir şübhə olmayan bu təhvil verilmədən bizim Avropa partnyorumuz olan Macarıstana qarşı istifadə edir. Macarıstan hökumətinin beynəlxalq hüquq normalarına əsaslanan qanuni hərəkətinə qarşı reaksiyalarının davam etməsi Cənubi Qafqazda kövrək olan atəşkəsə daha ağır zərbə vura və onun pozulmasına gətirib çıxara bilər.

Almaniya gələcəkdə də ATƏT-də, NATO-da və BMT-dəki dostları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinə daha dərindən diqqət yetirəcək. Ancaq səylər Ermənistanın Macarıstanla diplomatik əlaqələrinin kəsilməsi kimi reaksiyalarla dayandırılmamalıdır. Belə hərəkət Avropa Birliyinin Ermənistanla “Şərq tərəfdaşlığı” çərçivəsində əməli dialoquna mane olur."



Ermnistanın cəbhə xəttindəki fəaliyyətindən Azərbaycan itkiləri
7 sentyabr 2012-ci il - Naxçıvandakı N saylı hərbi hissədə qulluq edən, 1993-cü il təvəllüdlü əsgər Cəfərov Rəbbi Elsevər oğlu iyul ayının 13-də düşmən snayperindən açılan atəş nəticəsində başından ağır yaralanmış və Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına yerləşdirilmişdi. Aparılan intensiv müalicəyə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb və o, 7 sentyabr 2012-ci il tarixində saat 21.20-də şəhid olub.


Tarix: 12.02.2015 / 18:52 Müəllif: Feriska Baxılıb: 221 Bölmə: Ümumi