beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəki hökmdarlığı

Şəki hökmdarlığı — təxminən XIV əsrin 84-cü ilindən başlayaraq 1551-ci ilə qədər, əsasən indiki Azərbaycan Respublikasının şimal-qərbində, qismən də indiki Gürcüstan Respublikasının şərqi və Rusiya Federasiyasının Dağıstan Respublikasının cənub ərazisində mövcud olmuş dövlət. Əvvəl monqol mənşəli Orlat sülaləsi tərəfindən, sonra isə islam dinini qəbul etmiş Qara Keşiş oğlu və onun nəslindən olan hökmdarlar tərəfindən idarə edilmişdir. Bu dövlətin ərazisi qərbdə Tiflis şəhəri yaxınlığından, şərqə – Qəbələ şəhəri yaxınlığına qədər, cənubda Kür çayından Böyük Qafqaz sıra dağlarına qədər, hətta bəzi məlumatlara görə daha şimala – Dərbənd şəhəri yaxınlığına qədər uzanmışdı.
Orlat sülaləsindən olan hökmdarlar
Seyid Əli Orlat, təxminən 1393 — 1399
Seyid Əhməd Orlat, 1399 — təxminən 1423/1424
Sülaləsi dəqiq məlum olmayan hökmdarlar
Əli inaq, ən geci 1435 — ən azı 1435
Əbdülqafar, ən geci 1447/1448 — ən azı 1468/1469
Şahhüseyn , ən geci 1497 — 1497
Qara keşiş nəslindən olan hökmdarlar
Əlican xan/Candar[q 3] Qara keşiş oğlu, 1444/45 — 1456/57
Qutul xan (Əlican xanın oğlu), 1456/57 — 1468
Zəki/Şəki xan[q 4](Qutul xanın oğlu), 1468 — 1488[q 5]
Həsən sultan, ən geci 1519 — may, 1524
Dərviş Məhəmməd xan (Həsən sultanın oğlu), may, 1524 — may, 1551


Tarix: 12.02.2015 / 18:26 Müəllif: Feriska Baxılıb: 96 Bölmə: Ümumi