beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2015 Avropa Oyunları

Bakı 2015 Avropa Oyunları (ing. 2015 European Games) — 2015-ci ilin iyununda, Azərbaycanın paytaxtı - Bakıda keçirilməsi planlaşdırılan, bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarıdır . Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.
Şəhər seçimi
Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılır, növbəti Oyunlar 2019-cu ildə baş tutacaq.

Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər.

Təşkilat
Bakıda keçiriləcək birinci Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qurulmuşdur. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılmışdır.

BAOƏK-in baş icraçı direktoru gənclər və idman naziri cənab Azad Rəhimov və baş əməliyyat direktoru cənab Saymon Kleqdir.

Hazırlıq
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq 8 oktyabr 2014 tarixində Avropa Oyunlarına hazırlıq işlərinin təyin olunmuş vaxtda tamamlanacağı barədə bəyanat vermişdir.Səhifənin mətni.

İdman Obyektləri
Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyeklərinin sayı 12-dir. Onlardan beşi- Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Milli Stadion yeni inşa edilmişlərdir. Həmçinin Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də yaradılmışdır.

Olympic Village|Atletlər Kəndi]] Bakının Nizami rayonunda yerləşir. Atletlər kəndi 13 binadan, üç və dörd otaqlı 16 müxtəlif növ mənzildən ibarətdir.

İnfrastruktur
2014-cü ilin iyun ayında, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Naziri Bakı şəhərində azad Wi-Fi yaradılması ilə bağlı plan hazırladı.[7] Layihənin parklar, stadionlar və ticarət mərkəzləri də daxil olmaqla Bakının bütün ictimai yerlərində yaradılması nəzərədə tutulur.[8]

Viza Siyasəti
Azərbaycan Respublikası Prezidentinin 8 Avqust 2014 tarixli fərmanına uyğun olaraq, əcnəbilər və daimi xarici ölkələrdə yaşayan vətəndaşlığı olmayan şəxslər Bakı 2015 Avropa Oyunlarına bilet aldıqları təqdirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə yaxınlaşaraq viza əldə edə bilərlər. İdarələr Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşir və bu prosedur 2 İyun 2015 tarixindən etibarən başlayacaq. Tamaşaçılardan bilet almaq və ya bilet alışına dair sənədin təsdiqini əldə etmək üçün Bilet satışı web səhifəsindən xüsusi formanı doldurmaları xahiş olunur. Gəldikdən sonra viza əldə etmək üçün bileti və ya biletin alınmasını təsdiq edən sənədi təqdim etmək lazımdır. .[9][10]

Bilet Satışı
Bakı 2015 Avropa Oyunları bilet satışı üzrə qeydiyyat səhifəsini açıq elan etdi. Veb sayt beynəlxalq və azərbaycanlı idman azarkeşlərinə Bakı 2015 Avropa Oyunlarının idman proqramı üzrə nəzərdə tutulan biletlərdə edilən yeniliklər və Bakı 2015-lə bağlı son xəbərlər üçün müraciət etmək imkanı yaradır.[11]

Könüllülər
Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən Oyunlara 12,000 könüllünün cəlb olunması nəzərdə tutulur.[12]

Açılış Mərasimi
Açılış mərasimi 12 iyun tarixində Milli Stadionda Afina 2004 Olimpiya Oyunları Mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf və aktyor Dimitris Papaioannounun rəhbərliyi altına həyata keçəcək.

Açılış və Bağlanış Mərasimlərinin təşkili üçün ABŞ-ın FiveCurrents şirkəti ilə müqavilə bağlanmışdır. ,[13][14]

Bağlanış Mərasimi
Bağlanış Mərasimi 28 iyun tarixində Milli Stadionda həyata keçiriləcək.

Oyunlar
İştirakçı Milli Olimpiya Komitələri
Bakı 2015 Avropa Oyunlarında 49 ölkədən 6,000-dən çox idmançının yarışacağı gözlənilir.

İdman Növləri
Bakıda Avropa Oyunlarında 20 idman növündə yarışların keçirilməsi gözlənilir. Oyunlarının proqramına 28 yay olimpiya idman növündən 15-i, həmçinin 2 qeyri-olimpiya idman növü daxil olacaq. Bu günə qədər beynəlxalq həndbol, voleybol, reqbi, boks, cüdo, biatlon, atçılıq, badminton, taekvando, kamandan oxatma, qılınc oynatma, kanoe, stolüstü tennis və güləş federasiyaları artıq Bakıda keçiriləcək Avropa Oyunlarında iştiraklarını təsdiq ediblər.
Yayımlanma
Bakı Avropa Oyunları Beynəlxalq İdman Yayımı Teleyayımı Şirkəti (International Sports Broadcasting, ISB) tərəfindən yayımlayacaq.[17] 16 gün davam edəcək Avropa Oyunları yarışması zamanı Beynəlxalq İdman Yayımı Teleyayımı yüksək dəqiqliklə gözlənilən 1,200 saatlıq yüksək keyfiyyətli teleyayımı təmin edəcək, bura bütün yarımfinal və finalların canlı yayımı və gündəlik əsas göstəricilər barədə məlumatın verilməsi daxildir. ISB Açılış və Bağlanış mərasimlərini və Azadlıq Meydanında təşkil ediləcək axşam əyləncə tədbirlərini də yayımlayacaq.

Marketinq
Logo və simvollar
Bakı 2015 Avropa Oyunlarının rəsmi logosu 16 iyun 2014 tarixində eıan edilmişdir.[25] 35 yaşlı azərbaycanlı Adəm Yunisov tərəfindən tərtib edilmiş bu yeni loqo Alov, Su, əfsanəvi Simurq quşu, Xalı və Nar da daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyət və səylərini formalaşdırmış beş başlıca elementi bir araya gətirmişdir.Yunisovun açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini, mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə böyüyən iqtisadiyyatı və şəhərlərindən biri kimi Bakının assosiasiyasını təsvir edir..[26]
Bakı 2015 Avropa Oyunları Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq Ceyran və Narı Oyunların rəsmi simvolları elan edir. Bu cütlük Bakı 2015-in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada birinci Avropa Oyunlarının simvoluna çevriləcək. .[27]

Ceyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif etməklə Oyunların mədəniyyət elçisi olacaq. Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək Ceyran qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirəcək. Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir. Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Həyat eşqi və enerji ilə aşıb-daşan Nar yeni idman növlərində iştirak etməyi sevir və Avropa Oyunları tədbirinə qoşulacaq. Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir və rəngarəng Bakı 2015 brendində əks olunaraq artıq şəhərimizdə geniş şəkildə nümayiş etdirilib. Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Bizim simvollar ilk Avropa Oyunları üçün çox əhəmiyyətlidir və onları Bakı 2015 ailəsində salamlamağa çox şadıq. Ceyran Oyunların və Azərbaycanın zəngin irsinin zərif mədəniyyət elçisi olacaq. Nar Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil edir və idman sahələrində keçirilən yarışlarda iştirak edəcək”. Bakı 2015-in kommersiya direktoru Çarli Viceratna söyləyib: “Biz Avropa Oyunlarının əyləncəli və rəngarəng olmasını istəyirik və ümid edirik ki, Ceyran və Nar bütün Azərbaycanda məşhurlaşacaq. Belə ki, biz Bakı 2015-də Avropanın məşhur idmançılarına ev sahibliyi etməyə hazırlaşırıq. Simvollar illüstrasiya olaraq yaradılıb, amma tezliklə animasiyalı və real görünüşə sahib olaraq Avropa Oyunları merçendayzinqinin bir hissəsi olacaqlar”.[28]

Sponsorlar
21 may 2014-cü ildə Procter & Gamble Avropa Oyunlarının açılışının ilk rəsmi tərəfdaşı oldu.[29][30] İsveçrə saat şirkəti Tissot rəsmi hakim-xronometr adlandırılıb və bütün vaxt və xal göstərici qurğularla təmin edəcək.[31] 13 Noyabr 2014-cü ildə, Motorola Solutions da Rəsmi Radio Rabitə Tərəfdarı kimi Bakı 2015 ilə tərəfdaşlıq etməyi üzərinə götürüb. [32]


Tarix: 12.02.2015 / 18:09 Müəllif: Feriska Baxılıb: 295 Bölmə: Ümumi