beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İstanbulda təyyarə qəzası (12 avqust 2010)

Bakı-İstanbul reysində uçuşlar həyata keçirən və AZAL-a məxsus olan Airbus A319 tipli 075 səfər sayılı təyyarə 12 avqust 2010-cu ildə 10:38 radələrində Atatürk hava limanında qəzaya uğrayıb. Təyyarə yenidən bərpa edilərək uzadılan 05-23 uçuş-enmə zolağına endikdən sonra zolaqdan çıxmışdır. Qısa olduğu üçün zolaqdan təyyarələrin çıxması ilə məşhur olan bu uçuş-enmə zolağı 2010-cu ilin martında istifadəsi dayandırılaraq 250 m uzadılmışdı. Təyyarədə ikisi körpə 121 sərnişin və ikisi pilot 7 ekipaj üzvü olmuşdur.

Yerə enərkən ön şassilərində problem əmələ gəlib və təyyarə uçuş zolağından çıxaraq torpaq zəminə girib. Torpaq üzərində təxminən 10 metr irəliləyən təyyarənin ön dayaqları qırılınca uçaq burnu üstə yerə dirənib. Bundan sonra təyyarə dayanıb.

Təyyarənin quyruq nömrəsi: 4KAZ04


Tarix: 12.02.2015 / 16:17 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Ümumi