beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cuğa karvansarası

Cuğa şəhəri ərazisində yerləşən karvansara, Azərbaycanda bu tipli abidələrin ən gözəl nümunələrindən biridir. Cuğa karvansarasının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmişdir. 1978-ci ildə tədqiqatlar nəticəsində binanın planı tam üzə çıxarılmışdır. Bakı-Culfa dəmir yolu xətti çəkilərkən (1939-1940) karvansaranın təqribən yarısı dağılmışdır.

Tədqiqatlar nəticəsində Cuğa karvansarasının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 m olan Cuğa karvansarasının eni tipi Araz çayının sağ sahilində - Cənubi Azərbaycan ərazisində demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların Arazın hər iki sahilində üzbəüz yerləşməsi hələ Araz çayı üzərində Cuğa körpüsünün inşasından əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların inşa dövrünü XIII əsrin əvvəllərinə aid etməyə imkan verir.

Karvansara çay daşından inşa edilmiş və gəc məhlulu ilə suvarılmışdır. Cuğa karvansarasının salamat qalmış hissəsində çoxlu yaşayış otaqları vardır. Otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şimal tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur. Bu zalın təyinatı haqqında tədqiqatçıların qəti fikri yoxdur. Lakin belə plan quruluşuna malik köhnə məscidlər də vardır.


Tarix: 12.02.2015 / 14:07 Müəllif: Feriska Baxılıb: 139 Bölmə: Ümumi