beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Futbol üzrə Azərbaycan çempionatı 2009/2010

Futbol üzrə Azərbaycan çempionatı 2009/2010 — Peşəkar Futbol Liqası tərəfindən 12 komandanın iştirakı ilə keçiriləcək çempionatın ilk 22 turunda baş tutacaq oyunların tarixi 3 avqust 2009-cu ildə keçirilmiş püşkatmadan sonra müəyyənləşib. Təqvimə əsasən, XVIII milli çempionat avqustun 14-də Salyanda Muğan Salyan - Standard Sumqayıt oyunu ilə start götürəcək.
Final mərhələsi
Mükafatlar uğrunda mübarizə aparacaq ilk "altılıq"da İnter Bakı, Qarabağ Ağdam, Xəzər-Lənkəran, "Bakı", Neftçi Bakı və Qəbələ yarışacaq. Premyer Liqada qalmağa çalışacaq ikinci "altılıq"da isə "Simurq", Olimpik-Şüvəlan, "Turan", Muğan Salyan, Standard Sumqayıt və "Karvan" yer alıb.
Bombardirlər
Fərid Quliyev - "Standard" - 16 qol
Anatoli Doroş - Olimpik-Şüvəlan - 12 qol
Robertas Poşkus - İnter Bakı - 12 qol
Adrian Neaqa - "Neftçi" - 11 qol
Nadir Nəbiyev - Turan Tovuz - 10 qol
Joao Silvinyo de Karvalyo - "Bakı" - 10 qol
Allan Lalin - Xəzər-Lənkəran - 9 qol
Mario Souza - Xəzər-Lənkəran - 9 qol
Girts Karlsons - İnter Bakı - 8 qol


Tarix: 12.02.2015 / 16:14 Müəllif: Feriska Baxılıb: 76 Bölmə: Ümumi