beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şuşa qəzası

Qəzanın tarixi
Çar hökümətinin Qafqazda 1840-cı il 10 aprel tarixli inzibati islahatına əsasən Kaspi vilayətinin tərkibində yaradılmışdır. (1841, 1 yanvar).

Azərbaycan Rusiyaya birləşdikdən sonra Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşədin) bölündü.

Şuşa qəzası Cavanşir, Göyçay, Cavad, Cəbrayıl, Zəngəzur qəzaları ilə həmsərhəd idi. Mərkəzi Şuşa şəhəri idi. 1846-cı ildən ildən Bakı, 1867-ci ildən isə Yelizavetpol quberniyasına na daxil edilmişdi. Şuşa qəzası Mehri, Kəbirli, Zəngəzur, Cavanşir, Çiləbörd, Vərəndə sahələrinə bölünürdü. 1867-ci il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir sahələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər. Qəzanı qəza rəisi, onun müavini, xəzinədar, sahə iclasçıları və şəhər polisi idarə edirdi. Qəzada məhkəmə yaradılmışdı. Sahəsi 4911 km2 , əhalisi 140740 nəfər olmuşdur (1897). Təsərüfatında əkinçilik, maldarlıq, ipəkçilik, üzümçülük, bağçılıq əsas yer tuturdu. 1846-cı ildə qəzanın rəisi podpolkovnik, kavaler Mixail Petroviç Kolyubakin, köməkçisi rotmeystr Pyotr Pyotroviç Tarnovski, katibi titulyar müşavir Filosof Abdomeviç Vinoqradov idi. Muğru sahəsinin murovu Andrey Mirkoviç Mokrtski, Kəbirli sahəsinin murovu knyaz Anton Yeqoroviç Şalikov, Zəngəzur sahəsinin murovu kollej qeydyiyatçısı Cahangir İvanoviç Ağasərov,Cavanşir sahəsinin murovu əyalət katibi Dmitri Boqdanoviç Şahnəzərov,,Çiləbopd sahəsinin murovu prapoşik Yusif Bəhramoviç Şahnəzərov,Vərəndə sahəsinin murovu Avət Matveyeviç Mamikanov idi.

Qəza məhkəməsinin hakimi kollej asessoru Qriqor Markoviç Sakvarelidze, dövlət ittihamçısı titulyar müşavir Makari Alekseyeviç Bardovski, İvan Markoviç Şulşevski, Şəhər əhəlisindən nümayəndə Avin Antonoviç Nazarov, Kənd camaatından nümayəndə Məşədi Məsih Qarabaği, katib İvan İvanoviç Lenuar idi.

Qəza qazısı şiə camatına Mirzə Əbülqasım bəy Haqverdiyev, sünnü təriqətinə İsa əfəndi idi.

Toxuculuq
Toxuculuq (xalça, ip, mahud və s.) geniş yayılmışdı.1872-ci ildə Moskva Politexnik sərgisində böyük müvəfəqiyyətlər nümayiş etdirilən Azərbaycan xalçaları, ipək malları və digər əl işləri ekspertler və Moskva universiteti nəzdindəki təbiətşünaslıq həvəskarlarının imperator cəmiyyəti şurası tərəfindən yüksək qiymətləndirildi. Sərgidə iştirak edən xalçaçıların böyük bir dəstəsi, o cümlədən Şuşa qəzasından Bayram Məşədi Qurban oğlu, Kərbəlayi Əhməd Dəmir oğlu, Cabbar Hacı Əhməd oğlu yüksək keyfiyyətli və çeşidli xalça nümayiş etdirdiklərinə görə sərginin qızıl medalı ilə təltif edildilər. Başqa qrup isə gümüş medala layiq görüldü.

İpəkəyirmə
Qarabağın ipəkçilik müəssisələri əsasən Şuşa və Cəbrayıl qəzalarında yerləşirdi. XX əsrin əvvəllərində Şuşa qəzasında 12, Cəbrayıl qəzasında isə 5 ipəkəyirən fabrik var idi. Bu fabriklərin bəziləri maşınla, buxar qazanları ilə təchiz edilmiş iri fabriklər idi. Qarabağın ipəkçilik sənayesində hətta səhmdar cəmiyyətlər də fəaliyyət göstərirdi. Belə səhmdar cəmiyyətlərdən biri hələ XX əsrin başlanğıcında Şuşa qəzasında yaradılmışdı. Bu səhmdar cəmiyyətin 6 ipəkəyirən, 2 ipəkeşən və 3 baramaboğan fabriki var idi. Bu fabriklər əsas etibarilə Şuşa qəzası ərazisində yerləşmişdi.

Şuşa qəzasının nahiyələri
Malıbəyli nahiyəsi
Malıbəyli və Əylisli
Xəlifəli
Xocalı
Quşçular
Körpə Əfətli
Zarıslı
Qacar nahiyəsi
Veysəlli
Divanalılar
Yağləvənd
Qacar
Dilağarda
Govşadlı
Salakətin
Şıxımlı
Ağdam nahiyəsi
Qullar
Pərioğlular
Əhmədavar
Qaradağlı
Sarıhacılı (Bozpapaqlarla birlikdə
Əlimərdanlı
Seyidli
Muradbəyli
Nəsirbəyli
Sarıcalı-İncirli
Ağdam
Darğalı
Şərifli-Gövhərli
Təzəməhlə
Sarıcalı-Dərgahlı


Tarix: 11.02.2015 / 18:03 Müəllif: Feriska Baxılıb: 321 Bölmə: Ümumi