beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı metrosunda terror (3 iyul, 1994)

Bakı metrosunda terror — 3 iyul 1994-cü ildə Bakı Metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarında Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terror.

Terror nəticəsində 14 nəfər həlak oldu, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı.

Terror aktını törətməktə şübhəli bilinən Azərbaycan respublikasının vətəndaşı, Azər Aslanov Moskva şəhərində həbs olunur, və Azərbaycana ekstradisiya edilir.

1998-ci ildə Aslanov öz ifadələrində bildirir ki o, Bakı metropolitenində teror aktı törədmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına layiq görülmüşdür.

İstintaq nəticəsində müəyyən edilmişdir ki, 13 yanvar 1994 cü ildə Qarabağda erməni əsirliyinə düşmüş Azər Aslanov, Ermənistanda olarkən erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmişdir, belə ki, onu azad etmək bahanəsi ilə 16 iyun 1994-cü ildə anası Tədjibat Aslanova ermənilər tərəfindən Yerevana dəvət olunur, Azər Aslanova isə anasının qirov olduğunu və onun azad olunması üçün Aslanovun Bakı metropolitenində partlayış təşkil etməli olduğu bildirilir. Bundan sonra 3 iyul 1994 cü ildə, Yerevan Mineralniye Vodi, Bakı marşrutu ilə Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə Azərbaycana qəlir, terror aktını törədir və Ermənistana qayıdır, yalnız bundan sonra onun qirovluqda saxlanan anası azad edilir və onlar Ermənistanı tərk edirlər. Terror aktının təlimatçıları, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar.

Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılır, 1999 cu ildə Azərbaycan respublikasının baş prokurorluğunun təqdimatı əsasında Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa elan edilir. Daha sonra o, MDB dövlətlərində də, beynəlxalq axtarışa verilir.

2001 ci ildə Erməni tərəfinin müraciəti əsasında İnterpol Balayanı axtarışda olan şəxslər siyahısından çıxarır.


Tarix: 12.02.2015 / 15:11 Müəllif: Feriska Baxılıb: 94 Bölmə: Ümumi