beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kolagirən qalası

Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunun Kolagirən (03.01.1935-dən Tsavinar) kəndi kənarında e.ə.VIII yüzilin ikinci yarısına aid qədim türk qalasıdır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qala həmin bölgədə Urartu çarı Sardurinin oğlu Russanın tikdirdiyi iki qədim qaladan biridir (digəri Göyçə mahalının Kəvər rayonundadır). Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Kolagirən ərazisinə ilk ermənilər (23 təsərrüfatda 151 nəfər) 1830-cu ildə Türkiyədən köçürülmüşdür.


Tarix: 08.01.2015 / 02:09 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Ümumi