beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan şəhəri - Toxtamış və Əmir Teymurun yürüşləri

1386 – cı ildə Naxçıvan Qızıl Orda hökmdarı Toxtamış tərəfindən tutulmuş və dağıntıya məruz qalmışdır. 1387 – ci ildə isə Naxçıvanı Əmir Teymurun qoşunları ələ keçirmişdir. Naxçıvan əhalisi Əlincə qalasında Teymur qoşunlarına 14 il (1387 – 1401) inadlı müqavimət göstərmişdir.

Bu dövrdə Naxçıvanda ən böyük təsəvvüf təriqətlərindən biri olan Hürufilik intişar tapmışdır. Həmin təriqətin banisi olan Fəzlullah Nəimi isə 1395 – ci ildə Miranşah tərəfindən Naxçıvanda edam etdirilmiş, daha sonra onun məzarı üzərində türbə və Əlincəçay xanəgahı inşa edilmişdir.


Tarix: 12.02.2015 / 14:17 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Ümumi