beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İzurtu

Coğrafiyası və strateji mövqeyi
Tədqiqatçıların fikrincə İzurtu şəhəri Cənubi Azərbaycanda müasir Ziviyə şəhərinin yaxınlığında yerləşirdi. İzurtu da digər Manna şəhərləri kimi müdafiə xarakterli qala divarları ilə əhatələnmişdi. Şəhərdə iki və üçmərtəbəli binalar, eləcə də, güman edildiyinə görə, məbədlər var idi.

Tarixi
E.ə. 716-cı ildə Aşşur hökmdarı II Sarqon İzurtunu tutub yandırmışdı. Lakin şəhər tezliklə bərpa olunmuşdu. E.ə. 650-ci ildə Aşşur hökmdarı Aşşurbanipal yenidən İzurtunu zəbt edərək dağıtmışdı.


Tarix: 27.01.2015 / 18:45 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Ümumi