beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyid Yəhya Bakuvi - Haqqında olan mənqəbələr

S.Yəhyanın həyatına dair müstəqil bir mənaqibnamə olmasa da onun mənqəbələri bəzi kitablarda verilmişdir. Bir çox vəli mənqəbələrində olduğu kimi, Seyid Yəhya ilə bağlı mənqəblərdə də motivlərin bir qismi islamaqədərki inamlarla, bir qismi də Kitabi-müqəddəs Quran və Hz.Məhəmmədin həyatında yer alan hadisələrlə səsləşir. Ancaq bu mənqəbələri dərindən təhlil etdikdə XV əsrdə Şirvanın dini, sosial, tarixi və mədəni həyatına işıq salacaq önəmli bilikləri əldə etmək mümkündür. Qaynaqlarda S.Yəhya haqqında çövkan və yuxu, Qeyb olma, Onu üzənlərin həlak olması, Atasının duası, Tənnur hadisəsi, Saqqal duası, Ovçunun tövbəsi, Son yeməyi, Yuxuda görülməsi, Xəbərçinin tövbəsi kimi mənqəbələr qorunmuş və dövrümüzə çatmışdır.


Tarix: 11.02.2015 / 17:54 Müəllif: Feriska Baxılıb: 176 Bölmə: Ümumi