beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qazançı qalası Tarixi

Qalanın sol sahil hissəsində aparılan arxeoloji araşdırmalar zamanı əldə edilən gil qab parçaları burada Orta Tunc dövründən başlayaraq, Dəmir dövrünədək yaşayış olduğunu göstərir.

Qalanın yerləşdiyi ərazinin təbii cəhətdən müdafiə olunmasına baxmayaraq, bu ərazi relyefə uyğun olaraq qala divarı ilə əhatə olunmuşdur. Arxeoloji qazıntı işləri aparılmadığından divarların tikildiyi dövrü müəyyənləşdirmək çətindir. Lakin, memarlıq xüsusiyyətlərinə əsasən demək olar ki, qala divarları, başlıca olaraq, iki dövrdə inşa edilmişdir. Birinci dövrə aid tikintiləri təqribən e.ə. II minilliyin ortalarına və ikinci yarısına aid etmək olar. Bu divarlar uzunsov formalı yerli daş bloklardan inşa edilmişdir. Divarların xarici tərəfində birtərəfli çıxıntılara rast gəlinir. Diş biçimli belə çıxıntılara Çalxanqalada da rast gəlinmişdir.

Qala divarlarının quruluşu onların dəfələrlə bərpa edildiyini göstərir. Divarların eni müxtəlif ölçülüdür. Şimal və şimal- şərqdə qala təbii cəhətdən zəif müdafiə olunduğu üçün burada divarların eni 2,6- 3 metrə çatır. Divarların salamat qalan hissəsinin hündürlüyü 1-2 metrdir. Qalanın içərisində dördkünc planlı bina qalıqları vardır. Qalanın şərq tərəfi gediş-gəliş üçün əlverişli olduğundan, onun giriş qapısının da bu tərəfdə olduğu güman edilir.


Tarix: 10.01.2015 / 13:03 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Ümumi