beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İntellekt (psixologiya)

İntellekt informasiyanın elde edilmesi, onun emal edilmesi ve onun meqsedeyönlü istifadesinden ibaret olan zehni qabiliyyetdir. İntellekt sözü Latın menşelidir: intellectus – başa düşme, intellegere – başa düşmek, inter – arasında, legere – seçmek.
Müxtelif menbelerde intellekt anlayışının terifi

İntellekt anlayışının ümumi qebul olunmuş terifi hele yoxdur. Bu qabiliyyet tedqiqatçılar terefinden ferqli şekilde tesvir ve izah edilir.
Oxford Dictionary of Psychology intelligence meqalesini bele başlayır:”İntellekt koqnitiv (zehni, eqli) qabiliyyetdir.” Lüğet meqaleni Amerika psixoloqu D. Wechslerin 1944-cü ilde intellekte verdiyi terifle davam etdirir: “individualın, meqsedyönlü hereket etmek, rasional düşünmek ve etraf mühitle effektiv reftar etmesinden ibaret mecmu ve ya qlobal qabiliyyetidir
Amerika psixoloqu R. Sternberg intellekti, real mühite uyğunlaşmaq, bu mühitde seçim etmek ve onu formalaşdırmaqdan ibaret mental fealiyyet hesab edir.
Azerbaycan Sovet Ensiklopediyasında intellekt meqalesi beıe başlayır: “(lat. intellectus – idrak, düşünce, anlayış) – cisim ve hadiseler arasındakı elaqe ve münasibetleri derk ederek, insanın öz davranışını şeraitin telebine uyğun suretde deyişdirmek qabiliyyeti. İntellekt feal ve mürekkeb idrak emeliyyatı sistemi olub, yalnız hell edilen meselelerin mürekkebliyi ile deyil, insan fealiyyetinin istiqameti, tehrik ve motivlerin xarakteri ile müeyyen olunur.


Tarix: 05.03.2013 / 17:32 Müəllif: [Ram] Baxılıb: 496 Bölmə: Ümumi Psixologiya