beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ne qeder yatmaq olar?

Günorta yatmaq üçün vaxtı olmayanlar üçün günün bu vaxtı yuxulu olmaq normal haldır. Maraqlıdır ki, gece yuxusunu artıran adamlar günorta yatmağa ehtiyac duymurlar.

Amma günorta 10 deqiqelik yuxu ala bileniz bu çox xeyirlidir.

Yuxu ve ehval-ruhiyye bir-biri ile elaqeledir. Bu elaqe hele indiye kimi tam başa düşülmeyib. Amma doyunca yemek kimi, doyunca yatmaq da adamı xoşbext ede biler..[5]

Alimlerin uzun müddetli araşdırmalarına baxmayaraq yuxu ile bağlı bezi meqamlar tam da aydınlanmayıb.

Yuxu ile bağlı fikirlerde Şerq ve Qerb alimlerinin fikirleri üst-üste düşmür. Qerbliler yuxunu izah etmeye çalışarken bildirirler ki, yuxu insanın gündelik fealiyyetinin neticesinde gördüyü düşüncelerdir. Şerqliler ise ferqli olaraq yuxunun ilahi bir mesaj olduğunun bildirirler. Yuxuda insan bezen başına gelecekleri tamamile eyni olaraq, bezen de müxtelif metn altı mena ve benzetmelerle görür. Mehz buna göre de yuxuları yozmaq lazım olur.

İnsan ömrünün 3-de birini yataraq keçirir. Ancaq bu o demek deyil ki, her yatdığımızda yuxu görürük. Meşhur qerbli felsefeşunas Ziqmund Freydin yuxu haqqında fikirlerine göre yuxu insanın şüurda gizlenmiş bezi meqamların qısa metrajlı görüntüleridir. Yuxularda bezen yaşamaq istediklerimizi, bezen keçmişimizden bezi anları, bezende gelecekde yaşayacaqlarımız barede qısaca melumatlar görürük.

Bes maraqlıdır yuxu ne qeder davam edir? Maraqlı burasıdır ki, bu barede de müxtelif fikirler ve ferziyyeler ireli yürüdülübdür. Yuxuda zaman qavramının beyin terefinden qebul oluna bilmemesi ise iller boyu yekun qerara gelmeye imkan vermeyib. Bezileri bunun bir neçe saniye sürdüyünü. Bezileri ise saatlarla davam etdiyini göstermişdir. Bütün bu ferziyelere ise son nöqteni Dr. B. Klein adlı Amerikalı bir alim qoymuşdur. O tecrübe üçün könüllü seçilmiş insanları hipnoz ederek yatırmış ve müeyyen bir müddet sonra onları oyadıb yuxuda ne gördüklerine qulaq asmışdır. Araştırma gözlenilmez neticeler verib. Sen deme bütün ömrümüzü, keçmişimizi gördüyümüz yuxular bele 20 saniyeni keçmir. Dr. B. Klein`nin araştırmaları gösterib ki, insanın gördüyü en uzunmüddetli yuxu 90 saniye davam edib.

Alimlerin araşdırmaları gösterib ki, sen deme yuxuların növleri de varmış. İnsan yatmaq üçün çarpayıya üzanır ve gözlerini yumur. Çox qısa müddet sonra göz qapaqları titremeye başlayır ve insan yuxuya gedir. Alimlerin fikrince yatmaq üçün qebul olunmuş bezi yuxugetiren dermanlar insanın yuxu görmesine mane olur. Onlar hesab edirer ki, tebii olaraq yuxuya getmiş her bir insan yatdıqdan sonra mütleq yuxu görürler. Yuxular ise ağ-qara ve rengli ola bilir. Amma insanların çoxu yuxularını ağ-qara görüklerini söyleyirler.

Daim yorğun ve başı her hansı mövzu etrafında fikirlerle dolu olan insanlar oyandıqları zaman qarışıq yuxular gördüklerini söyleyirler. Ekseren onlar yuxularında fikirleşdikleri mesele baresinde görürler. Bele yuxuları yozmaq mümkün deyil. Meselen televizorda ve ya başqa bir yerde heyecanlı bir filme baxan insan gece yatdığı zaman hemin filmden hisseler göre biler. Bu sadece filmin tesirinde qalmaqdır ve bele yuxuları yozmaq mümkün deyil.

Kabus ve ya qarabasma adı verilen yuxular da vardır ki, bele yuxular adeten yaxşı başlayır. Yatan insan her hansı xoş bir hadiseyle maraqlandığını görür ve birden-bire yuxudu qorxulu meqamlar başlayır. Yaxşı görüntüler bir anda dehşet dolu anlarla yerini deyişir. Bele yuxuların açıqlamasını eseb hekimleri ve psixoloqlar verirler. Kabusları, yuxuda bir defe görülen qorxulu sehnelerle qarışdırmaq olmaz. Qarabasma gören insan qorxur. Herden yatdığını ve yuxu gördüyü hiss ederek oyanmağa çalışar. Amma ya oyana bilmir, ya da oyandığını zenn ederek yatmağa davam edir ve yeniden qarabasmalar davam edir. Her insan ömründe bir neçe defe kabus görür.

Yuxuda görülen hadiselerin heç bir tehrif olmadan heyata keçmesi de mümkündür. Bele yuxuları yalnız yüksek hessaslığa malik insanlar görürler. Meselen, yuxuda her hansı bir yaxınının başına gelecekleri görmüş insanlar hadise baş verdikden sonra ve ya önce hadiseni olduğu kimi danışa biler. Bele yuxular "Gerçek yuxular" (heqiqi yuxular) adlanırlar. Bele yuxuları görenler daha diqqetli olmalıdırlar ve yuxuda gördüklerini düzgün qiymetlendirmelidirler.

Yuxuda olan insan yuxuda bir çox şey göre biler. Oyandığı zamansa bunların bezilerini xatırlayır. Mehz xatırlanan bu hisseleri yozmaq mümkündür. Yuxuyozmalar da daha çox bu 4-cü tip yuxular üçündür.

Bezen ise insanlar yuxuda daima eyni şeyleri göre bilir. Meselen her hansısa evi ve ya insanı yuxuda daim tekraren göre biler. Halbuki hemin insanı ve ya evi real heyatda tanımamaqdadır.


Tarix: 05.03.2013 / 17:30 Müəllif: [Ram] Baxılıb: 770 Bölmə: Ümumi Psixologiya